Gürcüstanın Mərkəzi Seçki Komissiyası oktyabrın 1-də keçiriləcək parlament seçkiləri üçün bülletenlərin çapına başlayıb.AZXEBER.COM-un Gürcüstan KİV-ə istinadən verdiyi məlumata görə, seçki bülletenləri Azərbaycan dilində də olacaq. MSK-nın mətbuat katibi Eka Azaraşvilinin dediyinə görə, artıq bülletenlərin çap prosesi bitmək üzrədir. “Bülletenlər həm gürcü, həm Azərbaycan, həm də erməni dilində çap edilir. Çap prosesinə isə yerli QHT-lər və digər müşahidəçilər nəzarət edirlər”- deyə Azaraşvili bildirib.