Gürcüstan Azərbaycanlı Tələbələr Assosiasiyası tərəfindən “www.khojali.ge” saytı yaradılıb.
Dünya Azərbaycanlı Gənclər Birliyi mətbuat xidmətində AZXEBER.COM-a verilən məlumata görə, Gürcüstan Azərbaycanlı Tələbələr Assosiasiyası (GATA) Xocalı soyqırımının 21 ci il dönümü ərəfəsində gürcü dilində www.khojali.ge veb səhifəsini hazırlayıblar. Səhifənin gürcü dilində hazırlanmasının məqsədi qonşu Gürcüstan xalqının 1992 ci ilin 26 fevral tarixində erməni faşistlərinin törətdikləri Xocalı soyqırımı haqqında geniş və düzgün məlumatlandırılmasıdır.
Veb səhifədə Xocalı soyqırımında işgəncələrlə, vəhşicəsinə qətlə yetirilmiş insanların sayı, rəsimləri yerləşdirilmişdir. Eləcə də, veb səhifədə qonşu ölkə olan Gürcüstan Respublikasının ictimaiyyətini Xocalıya Ədalətə səsləniş mətnləri vardır.
Həmçinin Qarabağın tarixi, hüquqi aspektlərdən də əzəli Azərbaycanın ayrılmaz bir hissəsi olduğu haqqında geniş əsaslı məlumata yer verilmişdir.
Gürcüstanda yaşayan gənc azərbaycanlı soydaşlarımızın mütəmadi olaraq qonşu ölkələrimiz arasında düzgün məlumat mübadiləsində fəal rol oynamaqdadırlar. Bu il də onlar öz növbələrində paytaxt Tbilisi başda olmaqla ölkənin müxtəlif şəhərlərində Xocalı ilə bağlı geniş məlumatlandırma kapmaniyasına start veriblər.