Gürcüstanın ən böyük 10 kəndi açıqladı - Azərbaycanlıların yaşadığı kəndlər...

Gürcüstanın ən böyük 10 kəndi açıqladı - Azərbaycanlıların yaşadığı kəndlər...
SOSİAL
16:56 23.06.2026
418

Gürcüstan əhalisinin 62%-i (2 milyon 442 min 231 nəfər) şəhər tipli yaşayış məntəqələrində, 38%-i (1 milyon 487 min 350 nəfər) isə kənd tipli yaşayış məntəqələrində yaşayır.

AZXEBER.COM Gürcüstan mediasına istinadən xəbər verir ki, bu barədə Milli Statistika Xidmətinin ("Saksat") 2024-cü il ümumi siyahıyaalınmasının dəqiqləşdirilmiş məlumatlarında qeyd olunub.

"Sakstat"ın məlumatına görə, Gürcüstanda cəmi 3 min 617 kənd var; onlardan 3 min 417-si məskunlaşmış, 200-ü isə boş (yaşayış olmayan) kəndlərdir.

Həmin məlumata əsasən, əhalinin sayına görə ölkənin ən böyük kəndi Saburtalo rayonunda yerləşən Diğomi kəndidir ki, burada 22 min 136 nəfər yaşayır. Gürcüstanın ikinci ən böyük kəndi Marneuli bələdiyyəsinin Sadaxlı, üçüncü isə Qızılhacılıdır

Daha dəqiq desək, 2024-cü il vəziyyətinə görə, əhalinin sayına görə Gürcüstanın ən böyük 10 kəndi aşağıdakilərdir:

1. Diğomi (Saburtalo rayonu) – 22 136 nəfər;

2. Sadaxlı (Marneuli bələdiyyəsi) – 10 032 nəfər;

3 .Qızılhacılı (Marneuli bələdiyyəsi) – 8 855 nəfər;

4.Tserovani (Mtsxeta bələdiyyəsi) – 7 662 nəfər;

5. Martğopi (Qardabani bələdiyyəsi) – 6 859 nəfər;

6. Sartıçala (Qardabani bələdiyyəsi) – 6 621 nəfər;

7. Karaleti (Qori bələdiyyəsi) – 6 028 nəfər;

8. Muxrani (Mtsxeta bələdiyyəsi) – 5 924 nəfər;

9. Kosalı (Qardabani bələdiyyəsi) – 5 199 nəfər;

10. Qaracalar (Telavi bələdiyyəsi) – 5 063 nəfər.

OXŞAR XƏBƏRLƏR