Gürcüstanın gənclər və idman naziri Azərbaycana gəldi

GƏNCLİK
19:05 11.05.2013
1437

Gürcüstanın yeni təyin olunmuş idman və gənclərlə iş naziri Levan Kipiani mayın 11-də Azərbaycana gəlib. 

Səfərin əsas məqsədi iki ölkə arasında gənclərlə iş vəidman sahələrində əməkdaşlıq haqqında mövcud Sazişlərinmüddəalarının həyata keçirilməsi sahəsindəəlaqələrinindiki vəziyyətini, onların genişləndirilməsi vəgücləndirilməsi perspektivinimüzakirə etməkdir.

Səfər çərçivəsində qonağın şəhərimizin idman infrastrukturu ilə və gənclərlə iş sahsində bir sıra layihələrlə tanış edilməsi nəzərdə tutulur. Nazir Levan Kipiani Azərbaycan xalıqnın ümummilli lideri Heydər Əliyevin məzarını və “Şəhidlər Xiyabını”nı ziyarət edəcək, Dövlət Bayraq meydanında olacaq, Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyində və Azərbaycanın Tələbə Gənclər Təşkilatları İttifaqında görüşlər keçirəcək. Bundan başqa qonağın taekvondo idman mərkəzi ilə tanışlığı və “İdeya” kampaniyası çərçivəsində “yer kürəsi uşaqların gözü ilə” uşaqların beynəlxalq fotomüsabiqəsinin yekun tədbirində iştirakı nəzərdə tutulub.

Levan Kipianinin ölkəmizə səfəri mayın 13-dək davam edəcək.

OXŞAR XƏBƏRLƏR