Gürcüstanla quru sərhədlərin qismən açılması nə deməkdir? - Deputat açıqladı

Gürcüstanla quru sərhədlərin qismən açılması nə deməkdir? - Deputat açıqladı
MANŞET
12:05 19.05.2026
933
"İlkin mərhələdə Gürcüstan və Türkiyə ilə quru sərhədlərin açılmasını məqsədəuyğun hesab edirik”. 

Bunu AZXEBER.COM-a açıqlamasında Milli Məclisin deputatı Vüqar Bayramov deyib.

O bildirib ki, Gürcüstan-Azərbaycan arasında Bakı-Tbilisi-Qars dəmir yolunun açılması qarşılıqlı gediş-gəlişin artmasına imkan yaradacaq:

"Gürcüstan-Azərbaycan sərnişin qatar xidmətinin bərpa edilməsi iki ölkə ölkə arasında strateji münasibətlərin daha da dərinləşməsinə və qarşılıqlı gediş-gəlişin artmasına imkan yaradacaq. Bu, xüsusilə Gürcüstana səfər edən Azərbaycan vətəndaşlarının sayının artması deməkdir. Bəzi vətəndaşlarımız Gürcüstan üzərindən digər ölkələrə də səfər edirlər. Bu qərar onlar üçün həm daha geniş imkanlar, həm də nisbətən daha az xərc demək olacaq”.

Parlamentari qeyd edib ki, quru sərhədlərin açılması mərhələli şəkildə aparılmalıdır:

"Quru sərhədlərin açılması məsələsi isə birbaşa bu sahədə aparılan qiymətləndirmələrdən asılıdır. Qiymətləndirmələr zamanı regiondakı geosiyasi vəziyyət də nəzərə alınır və qərarlar buna uyğun qəbul edilir. Bizim təklifimiz ondan ibarətdir ki, quru sərhədlərin açılması məsələsinə mərhələli şəkildə baxılması məqsədəuyğun olardı. İlk mərhələdə Gürcüstan və Türkiyə ilə quru sərhədlərin açılmasını məqsədəuyğun hesab edirik”.

Deputat qeyd edib ki, iki ölkə arasında quru sərhədlərin tam açılması üçün real imkanlar yaranır:

"Bu istiqamətdə bütün amillər nəzərə alınmaqla qiymətləndirmələrin aparılması və müvafiq qərarların qəbul edilməsi vacibdir. Nazirlər Kabineti tərəfindən bu məsələ ilə bağlı mütəmadi qiymətləndirmələr aparılır və yekun qərarlar həmin qiymətləndirmələrin nəticələrinə uyğun verilir.
Növbəti mərhələdə Gürcüstan və Azərbaycan arasında quru sərhədlərin açılması məsələsinə baxılması üçün real imkan yarana bilər”.

Şahanə Ziyad
OXŞAR XƏBƏRLƏR