Əli Kərimlinin sədrlik etdiyi AXCP-nin tanınmış fəallarından olan Kəmalə Bənənyarlı partiya sıralarından istefa verdiyini bildirib.
AZXEBER.COM müsavat.com saytına istinadən xəbər verir ki, K.Bənənyarlı istefasının səbəbini öz “facebook” səhifəsində paylaşdığı statusunda açıqlayıb.O, üzvü olduğu partiyadan istefa verməsinin səbəbini bir qrup partiyadaşının onun barəsində yaydığı şayiələrlə izah edib.“..Adıma olmazın sözlər deyildi - guya mən cəbhəyə gələn qadınları pis yola dəvət edib evimdə varlı kişilərlə görüşdürürəm, özum hakimiyyətdə olan bir nəfərlə yaşayıram. Şərəfiniz olsun, mən evli qadınam.Lap evli olmasam belə, mənim 14 yaşında qizim var evimdə, o mənə şər atanlar məni məcbur etməsin deyim ki, siyasi yolla Fransaya necə adamlar aparmaq istəyiblər və daha sonra nələr olub”, - deyə, K.Bənənyarlı statusunda qeyd edib.