Azərbaycanda 18 yaşlı qız binanın beşinci mərtəbəsindən yıxılaraq ölüb.
Göyçay Rayon Polis Şöbəsindən verilən məlumata görə, hadisə bu gün saat 12.00 Göyçay şəhərinin Məmməd Əmin Rəsulzadə küçəsində yerləşən beşmərtəbəli yaşayış binasında qeydə alınıb.
1995-ci il təvəllüdlü Aynur Məmməd qızı Əhmədova yaşadığı binanın beşinci mərtəbəsindən yıxılıb. A. Əhmədova Göyçay Mərkəzi Rayon Xəstəxanasına aparılarkən yolda dünyasını dəyişib.
Hadisə şahidlərinin APA-ya verdiyi məlumata görə, A. Əhmədova pəncərə şüşəsini silərkən ehtiyatsızlıq edərək yıxılıb.
Faktla bağlı Göyçay Rayon Prokurorluğunda araşdırma aparılır.