Göyçay rayonunda ağır yol qəzası baş verib.Göyçay Rayon Polis Şöbəsindən (RPŞ) APA-nın yerli bürosuna verilən məlumata görə, yanvarın 29-da Göyçay şəhər sakini, 1971-ci il təvəllüdlü Xaspolad Xaspoladov idarə etdiyi “Daewoo Espero” markalı avtomobili rayon mərkəzinin Nizami küçəsi ilə sürətlə idarə edərkən yol hərəkəti qaydalarını kobud şəkildə pozub. Heydər Əliyev prospekti ilə kəsişmədəki yolötürücü dairəni birbaşa keçən avtomobil yoldan çıxaraq kənarda dayanmış “VAZ 2199” avtomobilinə çırpılıb. Hadisə nəticəsində “Daewoo Espero”-nun sürücüsü və avtomobildəki sərnişinlər – 1984-cü il təvəllüdlü Amil Qasımov, 1975-ci il təvəllüdlü Anar Musayev, 1972-ci il təvəllüdlü Müşfiq Xəlilov və 1973-cü il təvəllüdlü Pərviz Hacıyev ağır bədən xəsarətləri alıblar. Yaralılar Göyçay Mərkəzi Rayon xəstəxanasına yerləşdiriblər.