Göyçayda ANS-in əməkdaşlarına hücum oldu

Göyçayda ANS-in əməkdaşlarına hücum oldu
MEDIA
17:39 10.12.2012
1459
ANS TV-nin əməkdaşlarına hücum olub. Bu dəfə belə bir “qəhramanlığa” imza atan Göyçay Rayon Mənzil Kommunal İstismar Sahəsinin rəisi Loğman Əliyev olub. O, televiziyanın bölgə müxbiri Gunel İsayeva və operator Rəşad Rəşidovu nalayiq sözlərlə təhqir edib, hətta onlardan kameranı alaraq özündə saxlayıb.ANS-in bölgə müxbiri G. İsayevanın verdiyi məlumata görə, bu gün onlar redaksiya tərəfindən təsdiq olunmuş mövzunu işləyərkən məmur özbaşnalığı ilə qarşılaşıblar. Belə ki, rayonun Qarabaqqal kəndinin sakinləri şikayət ediblər: “Onlar bizə bildirdilər ki, kəndin kənarına qanunsuz olaraq məişət tullantıları atılır. Başqa kəndlərin zibillərini də gətirib ora tullanılır. Bu da istər-istəməz mövsümü problemlər yaradır və kənd sakinlərinin narazılığına səbəb olub”.Müxbirin sözlərinə görə, məsələyə tam aydınlıq gətirmək üçün onlar adıçəkilən yerdə çəkiliş aparıblar. Sakinləri danışdıraraq onlardan bununla bağlı münasibətlərini lentə alıblar.“Hətta məsələyə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 6 saylı ərazi üzrə şöbə müdiri Mübariz Hacıyev də münasibətini bildirib. O deyib ki, bu məişət tullantıları rayonun Ərəb kəndindən gətirilir və bunlar ora sadəcə atılmalı yox, basdırılmalıdır. Əks halda bu sakinlərə müəyyən mövsümü problemlər yaradacaq”, deyə G. İsayeva bildirib.Müxbir deyir ki, bundan sonra onlar bu işlə birbaşa məşğul olan və bu işə birbaşa olaraq cavabdeh olan Göyçay Rayon Mənzil Kommunal İstismar Sahəsinin mövqeyini öyrənməyə çalışıblar: “Bunun üçün də bu qurumun rəisi Loğman Əliyevlə əlaqə saxlayıblar. Əslində, onun telefonla dediyi şifahi fikirlərlə materialımızı yekunlaşdırmaq istəyirdik. Amma bizə dedi ki, əgər siz vicdanlı jurnalistsinizsə və vicdanlı jurnalistikanı təmsil edirsinizsə, onda onun da mövqeyini verək. "Biz razılaşdıq. On dəqiqədən sonra L. Əliyev işlədiyi MİS-in önünə gəldi və bizi otağına dəvət etdi. Sən demə, bu onun köhnə taktikasıdır. Biz onun otağına qalxdıqdan sonra o, qapını bağlayıb, bizi nalayiq sözlərlə təhqir etməyə başladı. Bir neçə dəfə mənə və operator Rəşad Rəşidova əl atdı. Televiziyaya məxsus videokameranın obtektivini qopartdı”, - deyə Günel İsayeva bildirib.Jurnalist deyir ki, “JEK” müdiri onların əlindən kameranı alaraq “siz kimsiniz ki, mənim ərazimdə məndən icazəsiz çəkiliş aparırsınız”, “Sizə bu ixtiyarı kim verib” deyərək, kameranı əlimizdən alaraq onları otaqdan çıxardı.G. İsayeva deyir ki, indi onlar bununla bağlı Göyçay Rayon Polis İdarəsinə şikayət ərizəsi ilə müraciət ediblər. Məsələni diqqətdə saxlayacağıq.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Braziliyada təyyarə yaşayış binasına çırpılıb
05:29 04.04.2026
Braziliyada təyyarə yaşayış binasına çırpılıb
KİV: ABŞ və İran arasında atəşkəs səyləri çıxılmaz vəziyyətə düşüb
03:20 04.04.2026
KİV: ABŞ və İran arasında atəşkəs səyləri çıxılmaz vəziyyətə düşüb
Hörmüz Boğazında qalan türk gəmilərinin vəziyyəti açıqlanıb
02:46 04.04.2026
Hörmüz Boğazında qalan türk gəmilərinin vəziyyəti açıqlanıb
“TikTok”a video yükləyərkən xəbərdarlığa məhəl qoymayanları nə gözləyir? - VİDEO
01:04 04.04.2026
“TikTok”a video yükləyərkən xəbərdarlığa məhəl qoymayanları nə gözləyir? - VİDEO
Əraqçi və Fidan İrana hücumları müzakirə ediblər
00:42 04.04.2026
Əraqçi və Fidan İrana hücumları müzakirə ediblər
Taksi ilə bağlı son qərarlar gediş haqlarına təsir göstərəcək? - VİDEO
00:20 04.04.2026
Taksi ilə bağlı son qərarlar gediş haqlarına təsir göstərəcək? - VİDEO
NDU-da yeni təyinat
23:55 03.04.2026
NDU-da yeni təyinat
Xaricdə təhsil arzusu kabusa çevrildi: Ödənilən pullar geri qaytarılmır - İDDİA - VİDEO
23:48 03.04.2026
Xaricdə təhsil arzusu kabusa çevrildi: Ödənilən pullar geri qaytarılmır - İDDİA - VİDEO
"Qarabağ" – "Sabah" matçında Premyer Liqanın tamaşaçı rekordu yenilənib
23:42 03.04.2026
"Qarabağ" – "Sabah" matçında Premyer Liqanın tamaşaçı rekordu yenilənib
Azərbaycanla Şimali Kipr arasında təhsil sahəsində əməkdaşlıq müzakirə edilib
23:39 03.04.2026
Azərbaycanla Şimali Kipr arasında təhsil sahəsində əməkdaşlıq müzakirə edilib
Müəllimlərin əməkhaqları yenidən arta bilər - YENİ TƏKLİF - VİDEO
23:29 03.04.2026
Müəllimlərin əməkhaqları yenidən arta bilər - YENİ TƏKLİF - VİDEO
Gürcüstanda dəhşətli qətl: Təzə evlənən azərbaycanlı gənci qisas üçün öldürdülər - YENİ DETALLAR
23:24 03.04.2026
Gürcüstanda dəhşətli qətl: Təzə evlənən azərbaycanlı gənci qisas üçün öldürdülər - YENİ DETALLAR
Pezeşkian: Azərbaycan hökumətinin göstərdiyi dəstəyi yüksək qiymətləndirirəm
23:20 03.04.2026
Pezeşkian: Azərbaycan hökumətinin göstərdiyi dəstəyi yüksək qiymətləndirirəm
Kaşuk “Sabah”a keçir? - Qurban Qurbanovdan açıqlama
23:07 03.04.2026
Kaşuk “Sabah”a keçir? - Qurban Qurbanovdan açıqlama
Bu avtobuslar ləngiyə bilər
22:59 03.04.2026
Bu avtobuslar ləngiyə bilər
Trampın müharibə ilə bağlı mövqeləri üst-üstə düşmür - Ekspert
22:41 03.04.2026
Trampın müharibə ilə bağlı mövqeləri üst-üstə düşmür - Ekspert