Göyçayda etiraz aksiyası - Yolu bağladılar

Göyçayda etiraz aksiyası - Yolu bağladılar
Bütün Xəbərlər
17:10 17.07.2014
1964

Göyçayda yolların qazılaraq bərbad hala salınmasına etiraz edən bir qrup rayon sakini  Bakı -Yevlax yolunun  218-ci kilometrində yolu bağlayıblar. 

AZXEBER.COM-unAvropa.info-ya istinadən verdiyi xəbərə görə, Göyçay sakinləri  pis hala salınmış yollara görə, icra başçısı Mənsur Məmmədovu ittiham edirlər. Əraziyə polis qüvvələrinin cəlb olunduğu və artıq 2 nəfərin saxlanıldığı  bildirilir. Aksiya davam edir.

Avropa.info  hüquq müdafiəçisi Taleh Xasməmmədovun  hadisə yerindən çəkdiyi fotoları təqdim edir.

OXŞAR XƏBƏRLƏR