Göyçayda iki uşaq atası özünü körpüdən ataraq intihar etdi

SOSİAL
10:00 04.06.2020
285
Göyçay rayonunda intihar hadisəsi baş verib.

Hadisə bu gün səhər saatlarında Bakı-Şamaxı-Yevlax yolunun Göyçay çayı üzərindən keçən hissəsində qeydə alınıb.

Rayonun Alıkənd kənd sakini, 1968-ci il təvəllüdlü Məmmədov Elçin Niman oğlu özünü körpüdən çaya atıb. O, aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.

Qeyd edək ki, E.Məmmədov ailəlidir, iki övladı var. Onun uzun müddət Rusiyada yaşadığı bildirilir.

Faktla bağlı araşdırma aparılır.
 
///Oxu.Az

OXŞAR XƏBƏRLƏR