Göyçayda nişanlı qızın cehizlərini oğurlayan şəxs tutuldu

KRİMİNAL
22:29 24.08.2020
484
Göyçay şəhərində mənzildən oğurluq edən şəxs saxlanılıb.

AZXEBER.COM APA-ya istinadən xəbər verir ki, Göyçay şəhər sakini Teyyub Nuriyev rayon polis şöbəsinə müraciət edərək məlumat verib ki, naməlum şəxs ona məxsus evə daxil olaraq, nişanlı qızı üçün aldığı və ümumi dəyəri 2 min manat olan cehizlik məişət və geyim əşyalarını oğurlayıb.

Polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri zamanı oğurluq etməkdə şübhəli bilinən Göyçay şəhər sakini Elxan Məlikov saxlanılaraq istintaqa təhvil verilib. Məlumata görə, koronavirus məhdudiyyətləri ilə bağlı elan edilən karantinə görə nişanlı qızın toy mərasimi təxirə salınıb, bir müddət sonra cehizləri oğurlanıb.

Faktla bağlı Göyçay Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

OXŞAR XƏBƏRLƏR

X Mostbet