Göyçaydakı dəhşətli qətllə bağlı rəsmi məlumat yayıldı
Bütün Xəbərlər
20:00 03.12.2012
1151
Baş Prokurorluq Göyçaydakı dəhşətli ailə faciəsi ilə bağlı məlumat yayıb. Prokurorluğun mətbuat xidmətindən verilən məlumata görə, bu gün Göyçay rayonunda ağır cinayət hadisəsi baş verib.Rayonun Bəydövül kənd sakinləri - yaxın qohum və qonşular olan Nicat Xudiyevlə Ağababa Xudiyev və sonuncunun oğlu Sədi arasında mübahisə baş verib. Bu zaman Nicat Xudiyev özünə məxsus ov tüfəngindən yaxın məsafədən atəş açaraq A.Xudiyevi qol nahiyəsindən yaralayıb. Atasının yaralandığını görən Əziz isə A.Xudiyevə məxsus ov silahından Nicat Xudiyevə atəş açaraq onu qətlə yetirmiş və hadisə yerindən qaçıb.Rayon prokurorluğu və Polis Şöbəsinin əməkdaşları dərhal hadisə yerinə gəlib və qətlin baş verdiyi ərazi ətraflı müayinə edilib, təxirəsalınmaz tədbirlər həyata keçirilmişdir. Xəsarət almış Ağababa Xudiyev rayon xəstəxanasına yerləşdirilib.“İsti izlər”lə həyata keçirilmiş əməliyyat tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən Əziz Xudiyev polis əməkdaşları tərəfindən tutulmuş, onun cinayətdə istifadə etdiyi və gizlətdiyi 1 ədəd ov silahı, həmçinin mərhuma məxsus digər tüfəng də götürülüb.