Göygöl rayonunda otlaq üstündə dava düşüb.

Göygöl rayonunda otlaq üstündə dava düşüb.
Bütün Xəbərlər
12:31 11.10.2013
860

Göygöl rayonunda otlaq üstündə dava düşüb.

Göygöl rayon Polis Şöbəsindən verilən məlumata görə, dava Göygöl rayonu ilə Şəmkir rayonu arasında heyvanların otarılması üçün nəzərdə tutulan yer üstündə baş verib. Polisdən bildiriblər ki, 4 nəfər Göygöl rayon sakini ilə 5 nəfər Şəmkir rayon sakini arasında yaranan davada bir neçə nəfər müxtəlif bədən xəsarətləri alaraq Göygöl rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Rayonun Mollacəlilli kənd sakini, 37 yaşlı Xəyyam Cəfərov ağır kəllə-beyin travması aldığına görə xəstəxanada dünyasını dəyişib. Faktla bağlı Göygöl rayon Prokurorluğunda cinayət işi açılıb, istintaq gedir.

 

OXŞAR XƏBƏRLƏR