Göygöldə 15 İyun – Milli Qurtuluş Gününə həsr olunmuş tədbir keçirildi - FOTOLAR

Göygöldə 15 İyun – Milli Qurtuluş Gününə həsr olunmuş tədbir keçirildi - FOTOLAR
SOSİAL
16:40 11.06.2026
187

"Şəhərsalma və Memarlıq İli” çərçivəsində Göygöl Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə "Azadlıq və istiqlaliyyət hər bir xalqın milli sərvətidir” mövzusunda tədbir keçirilib.


AZXEBER.COM xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edib, daha sonra Heydər Əliyev Mərkəzində Ümummilli Liderin həyat və fəaliyyətini əks etdirən kitab sərgisi ilə tanış olublar.


Tədbirdə əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.


Göygöl Rayon İcra Hakimiyyətinin başçısı V.Novruzov, Yeni Azərbaycan Partiyası rayon təşkilatının sədri V.İsayev, Göygöl rayon Aşıq Şəmşir adına uşaq musiqi məktəbinin direktoru N.Quliyeva çıxışlarında 15 İyun – Milli Qurtuluş Gününün Azərbaycanın dövlətçilik tarixində mühüm əhəmiyyətə malik olduğunu vurğulayıblar.


Çıxışlarda bildirilib ki, Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı ölkədə ictimai-siyasi sabitliyin bərqərar olunmasına, dövlət müstəqilliyinin qorunmasına və inkişafın möhkəm təməllərinin formalaşmasına zəmin yaradıb. Qeyd olunub ki, Ümummilli Liderin müəyyənləşdirdiyi inkişaf strategiyası hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir və Azərbaycan dinamik inkişaf yolunda inamla irəliləyir.


Tədbir bədii-musiqili proqramla davam edib.

 

 

 

 

 

 

 

 

 

 


OXŞAR XƏBƏRLƏR