Göygöldə 62 yaşlı qadın dəm qazından boğulub

Göygöldə 62 yaşlı qadın dəm qazından boğulub
SOSİAL
18:12 25.04.2026
336
Göygöl rayonunda qadın dəm qazından boğulub.

AZXEBER.COM Oxu.az-a istinadən xəbər verir ki, hadisə aprelin 25-i saat 11 radələrində saatlarında rayonun Bəhrambağı qəsəbəsində baş verib.

Qəsəbə sakini, 1964-cü il təvəllüdlü İradə Allahverdiyeva evində dəm qazından boğularaq ölüb.

Məlumata görə, qadın evində tək yaşayırmış. Onun meyiti qonşular tərəfindən aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR