Göygöldə ahıl qadın özünü asdı

Göygöldə ahıl qadın özünü asdı
SOSİAL
22:25 22.06.2021
420
Göygöl rayonunda yaşlı qadın özünü asaraq intihar edib.

"Report"un Qərb Mərkəzinin məlumatına görə, hadisə Göygöl şəhərinin Şəhriyar küçəsində qeydə alınıb.

Tənha yaşayan rayon sakini, 75 yaşlı C.Kərimovanın yaxınları 2 gün ondan xəbər tutmayıb. Evə gələn qohumları qadını asılı vəziyyətdə görüblər.

Hadisə ilə bağlı polisə məlumat verilib, əraziyə hüquq mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR