Göygöldə aqrar sektor canlanır: yeni layihələr həyata keçirilir

Göygöldə aqrar sektor canlanır: yeni layihələr həyata keçirilir
SOSİAL
15:24 14.09.2026
1532
Göygöl rayonunda aqrar sektorun inkişafı istiqamətində yeni layihələr həyata keçirilir.

AZXEBER.COM xəbər verir ki, Prezident İlham Əliyevin aqrar sektorun inkişafı, ərzaq təhlükəsizliyinin möhkəmləndirilməsi və qeyri-neft sektorunun genişləndirilməsi ilə bağlı müəyyən etdiyi vəzifələr çərçivəsində Göygöldə kənd təsərrüfatı sahəsində bir sıra layihələr icra olunur.

Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Vüqar Novruzov və Prezident Administrasiyasının məsul əməkdaşı Ziya Məmmədov "Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı” çərçivəsində görülən işlərlə tanış olublar.

Səfər zamanı ərzaqlıq buğda istehsalının artırılması, intensiv moruqçuluğun inkişafı və heyvandarlıq təsərrüfatlarının genişləndirilməsi istiqamətində həyata keçirilən layihələrə baxış keçirilib.

Sahibkar Rafail Mustafayev 250 hektar sahədə 1375 ton buğda istehsal etməyi, yəni hər hektardan 60 sentner məhsul götürməyi planlaşdırır. Artıq 50 hektar ərazidə şum işləri aparılıb.

Digər sahibkar Taleh Hüseynov isə 200 hektar sahədə 1000 ton buğda istehsal etməyi və iki pivot suvarma sistemi quraşdırmağı nəzərdə tutur. Təsərrüfatda 50 hektar sahədə şum işləri görülüb.

Rayonda intensiv moruqçuluğun inkişafı istiqamətində də işlər davam etdirilir. Qoşqar Rzayev 6 hektar, Fuad Zalov isə 8 hektar ərazidə intensiv moruqçuluq təsərrüfatı yaradıb. Təsərrüfatlarda damcı suvarma sistemləri quraşdırılıb. Əlavə torpaq sahələrinin alınaraq təsərrüfatların genişləndirilməsi planlaşdırılır.

Heyvandarlıq sahəsində də yeni layihələr həyata keçiriləcək. Bəhruz Mustafanın Avstriyadan 100 baş Simmental cinsli ətlik heyvan gətirməsi planlaşdırılır. Layihə nəticəsində ət istehsalının 37 ton artacağı gözlənilir.

Yaşar Məmmədzadənin isə Almaniyadan Holşteyn-Friz cinsli südlük heyvanlar alması nəzərdə tutulur. Bununla süd istehsalının illik 390 min litr artırılması planlaşdırılır.

Məlumata görə, hər iki layihə üzrə hazırlıq işləri aparılır. Layihələrin 2026-cı ilin avqustundan başlanaraq 2028-ci ilin dekabrında başa çatdırılması nəzərdə tutulur.

Baxış zamanı sahibkarlarla görüşlər keçirilib, onların fəaliyyəti və gələcək planları ilə maraqlanılıb, qarşılaşdıqları problemlər və təklifləri dinlənilib. Dövlət tərəfindən təqdim olunan subsidiya, güzəştli maliyyələşmə və digər dəstək mexanizmlərindən səmərəli istifadənin vacibliyi vurğulanıb.

Daha sonra Rayon İcra Hakimiyyətinin inzibati binasında kənd təsərrüfatı məhsullarının istehsalı və emalı ilə məşğul olan təsərrüfatların, emal müəssisələrinin, aidiyyəti dövlət qurumlarının yerli nümayəndələrinin və "Əlaqələndirmə Qərargahı”nın üzvlərinin iştirakı ilə görüş keçirilib.

Görüşdə Dövlət Proqramı çərçivəsində həyata keçirilən tədbirlər və zona müşavirəsində irəli sürülən təşəbbüslərin icra vəziyyəti müzakirə olunub.

Göygöl rayonunda ərzaqlıq buğda istehsalının artırılması, intensiv moruqçuluğun genişləndirilməsi və heyvandarlığın inkişafı istiqamətində işlərin davam etdiriləcəyi bildirilib.
 

 

 

 

 

 

 

 


OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Prezident onları təltif etdi - Adlar
16:17 30.10.2026
Prezident onları təltif etdi - Adlar
“Himayədar ailə” qayğı modelinin əhəmiyyəti ilə bağlı növbəti ictimai dinləmə keçirilib
16:06 30.10.2026
“Himayədar ailə” qayğı modelinin əhəmiyyəti ilə bağlı növbəti ictimai dinləmə keçirilib
City Garden Narimanov-da təməldən mənzillər FAİZSİZ kreditlə satışda!
16:03 30.10.2026
City Garden Narimanov-da təməldən mənzillər FAİZSİZ kreditlə satışda!
Azərbaycanda bu sürücülərə avtomobil idarə etmək qadağan oluna bilər
15:34 30.10.2026
Azərbaycanda bu sürücülərə avtomobil idarə etmək qadağan oluna bilər
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib - FOTOLAR
15:32 30.10.2026
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib - FOTOLAR
Azər Türk Bank atb360 tətbiqini yenilədi: Ailə bankçılığı və yeni rəqəmsal imkanlar
15:29 30.10.2026
Azər Türk Bank atb360 tətbiqini yenilədi: Ailə bankçılığı və yeni rəqəmsal imkanlar
Oktyabr ayında mediada ən fəal deputatlar məlum oldu - SİYAHI
15:11 30.10.2026
Oktyabr ayında mediada ən fəal deputatlar məlum oldu - SİYAHI
Cümhuriyyət Günündə verilən mesaj: Abbasın Kipr səfəri hansı məna daşıyır?
15:10 30.10.2026
Cümhuriyyət Günündə verilən mesaj: Abbasın Kipr səfəri hansı məna daşıyır?
Şəhid anası vəfat etdi
14:49 30.10.2026
Şəhid anası vəfat etdi
Həftəsonu bürcləri nələr gözləyir? - 3 bürcə xoş xəbər var
14:43 30.10.2026
Həftəsonu bürcləri nələr gözləyir? - 3 bürcə xoş xəbər var
Uşaq bağçasında azyaşlıya qarşı fiziki zorakılıqla bağlı cinayət işi açıldı
14:40 30.10.2026
Uşaq bağçasında azyaşlıya qarşı fiziki zorakılıqla bağlı cinayət işi açıldı
Qaxda silsilə oğurluqlar edən şəxs saxlanılıb
14:22 30.10.2026
Qaxda silsilə oğurluqlar edən şəxs saxlanılıb
Arıqlama iynələri və saxta dərmanlar: Sağlamlığınızı riskə atmayın!
14:16 30.10.2026
Arıqlama iynələri və saxta dərmanlar: Sağlamlığınızı riskə atmayın!
“Şuşa nümunəsi göstərir ki, Ankara da zaman-zaman…” - Deputat
13:55 30.10.2026
“Şuşa nümunəsi göstərir ki, Ankara da zaman-zaman…” - Deputat
“Ceyhun Bayramov Azərbaycanı yüksək səviyyədə təmsil edəcək” - Deputat
13:54 30.10.2026
“Ceyhun Bayramov Azərbaycanı yüksək səviyyədə təmsil edəcək” - Deputat
“Hərə öz işi ilə məşğul olsun” – Bakı sakinlərindən xarici qüvvələrə cavab – VİDEOSORĞU
13:53 30.10.2026
“Hərə öz işi ilə məşğul olsun” – Bakı sakinlərindən xarici qüvvələrə cavab – VİDEOSORĞU