Göygöldə avtomobil qəzası baş verdi: xəsarət alanlar var

Göygöldə avtomobil qəzası baş verdi: xəsarət alanlar var
SOSİAL
09:04 01.11.2026
179
Göygöldə 4 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

AZXEBER.COM apa-ya istinadən xəbər verir ki, hadisə rayon ərazisində qeydə alınıb.

Hərəkətdə olan "Toyota Prius” markalı minik avtomobili idarəetmədən çıxaraq yol kənarındakı bordürə çırpılıb.

Qəza nəticəsində 2005-ci il təvəllüdlü O. Abbaszadə, T. Məhərrəmov, Ü. Bayramlı və 2004-cü il təvəllüdlü X. İsmayılov müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Yaralılar xəstəxanaya yerləşdiriliblər. Hazırda onların vəziyyətlərinin kafi olduğu bildirilir.

Hadisə yerinə polis əməkdaşları cəlb olunublar.

Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR