Göygöldə dövlət qulluqçularının peşə bayramı qeyd olundu - FOTOLAR

Göygöldə dövlət qulluqçularının peşə bayramı qeyd olundu - FOTOLAR
SOSİAL
13:18 23.06.2026
214
 

Dövlət qulluqçularının peşə bayramı Azərbaycan Respublikası Prezidentinin cənab İlham Əliyevin 25 may 2006-cı il tarixli Sərəncamı ilə təsis edilib.

 

AZXEBER.COM xəbər verir ki, 23 iyun – Dövlət qulluqçularının peşə bayramı münasibətilə Göygöl Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə tədbir keçirilib.

 

Tədbirdə Göygöl Rayon İcra Hakimiyyətinin başçısı, Rayon İcra Hakimiyyəti başçısı Aparatının əməkdaşları və ərazi icra nümayəndələri iştirak edib.


Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin abidəsi ziyarət edilmiş, önünə gül dəstələri qoyulmuş, əziz xatirəsi dərin ehtiramla yad edilmişdir.


Tədbirdə çıxış edən Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Vüqar Novruzov dövlət qulluqçularını peşə bayramı münasibətilə təbrik etmiş, ölkəmizdə dövlət qulluğu sahəsində həyata keçirilən islahatlar və əldə olunan nailiyyətlər barədə ətraflı məlumat vermişdir. Bildirilmişdir ki, Azərbaycanın bugünkü inkişafı və beynəlxalq nüfuzunun möhkəmlənməsi Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu dövlət idarəetmə siyasətinin uğurlu nəticəsidir.

 

Qeyd olunmuşdur ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə bu siyasət uğurla davam etdirilir, müasir dövlət idarəetmə sistemi daha da təkmilləşdirilir, vətəndaş hüquq və azadlıqlarının qorunması təmin olunur, idarəetmə mexanizmlərinin səmərəliliyi artırılır.


Sonda bir qrup dövlət qulluqçusuna səmərəli fəaliyyətlərinə görə Göygöl Rayon İcra Hakimiyyəti başçısının Fəxri Fərmanları təqdim edilmişdir.

 

 

 

 

 

 

 

 



OXŞAR XƏBƏRLƏR