Göygöldə evdən kişi meyiti tapılıb

Göygöldə evdən kişi meyiti tapılıb
SOSİAL
22:36 02.11.2026
228
Göygöldə evdən meyit tapılıb.

AZXEBER.COM apa-ya istinadən xəbər verir ki, hadisə rayonun Topalhəsənli kəndində qeydə alınıb.

Belə ki, kənddə yerləşən fərdi yaşayış evlərinin birində orta yaşlı kişi meyiti aşkarlanıb.

Dərhal hadisə polis və prokurorluq əməkdaşları cəlb edilib. Ölümün səbəbləri məlum deyil, ölən şəxsin kimliyi dəqiqləşdirilir.

Faktla bağlı Göygöl Rayon Prokurorluğunda araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR