Göygöldə sahibkar və fermerləri maraqlandıran məsələlər müzakirə edildi - FOTOLAR

Göygöldə sahibkar və fermerləri maraqlandıran məsələlər müzakirə edildi - FOTOLAR
SOSİAL
14:57 11.12.2025
301
Göygöl rayonunda fəaliyyət göstərən sahibkarlarla və fermerlərlə görüş keçirilib.

AZXEBER.COM xəbər verir ki, rayon icra hakimiyyətinin təşəbbüsü baş tutan görüşdə çıxış edən icra başçısı Vüqar Novruzov möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi altında sahibkarlığın inkişafının dəstəklənməsi, özəl sektorun fəaliyyətinin genişləndirilməsi, iqtisadiyyata investisiya qoyuluşlarının stimullaşdırılması istiqamətində aparılan islahatlardan danışıb. Sahibkarlığın və kənd təsərrüfatının inkişafının dövlətin diqqətdə saxladığı məsələlərdən olduğunu bildirib. 

Heyvandarlıq və Balıqçılıq Elmi-Tədqiqat İnstitutunun direktoru Mahir Hacıyev vurğulayıb ki, Azərbaycan fermerlərə dövlət dəstəyi baxımından dünya miqyasında ən qabaqcıl ölkələrdən biridir və kənd təsərrüfatı qeyri-neft sektorunun prioritet sahəsi hesab edilir.
KOBİA-nın Gəncə-Qazax Regional koordinatoru Anar Əliyev çıxışında sahibkarlara dövlət dəstəyindən söz açıb, regional layihələr və agentliyin göstərdiyi xidmətlərdən danışıb. 

Gəncə-Daşkəsən Regional Məşğulluq Filialının müdiri Elməddin Qurbanov iş adamları və fermerlərin kənd əhalisinin məşğulluq səviyyəsinin yüksəlməsi istiqamətində fəaliyyəti barədə məlumat verib. 

İş adamları və fermerlər fəaliyyət dairələrinin genişləndirilməsi, istehsal imkanlarının artırılması, yeni iş yerlərinin açılması ilə bağlı görüləcək işlərdən danışıb, bu istiqamətdə öz təklifləri və müraciətlərini irəli sürüb, onlara göstərilən dövlət qayğısından razı olduqlarını bildirərək dövlət başçısına minnətdarlıqlarını ifadə ediblər.

Qarşılıqlı fikir mübadiləsi şəraitində keçən görüşün iştirakçılarını maraqlandıran suallar cavablandırılıb, Göygölün iqtisadi inkişafında sahibkarlara və fermerlərə uğurlar arzulanıb. 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 



OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Qarabağda gündəm olan görüntünün hekayəsi: Hərbçimizlə erməni qadın arasında diqqətçəkən dialoq - Video
01:03 19.09.2026
Qarabağda gündəm olan görüntünün hekayəsi: Hərbçimizlə erməni qadın arasında diqqətçəkən dialoq - Video
Zidan Mbappe ilə bağlı qərarını açıqladı
00:42 19.09.2026
Zidan Mbappe ilə bağlı qərarını açıqladı
Hər kəsin istifadə etdiyi ağrıkəsici ilə bağlı - Xəbərdarlıq
00:38 19.09.2026
Hər kəsin istifadə etdiyi ağrıkəsici ilə bağlı - Xəbərdarlıq
Bağça müəllimlərinin sertifikasiyası ilə bağlı TARİX açıqlandı
00:27 19.09.2026
Bağça müəllimlərinin sertifikasiyası ilə bağlı TARİX açıqlandı
İstanbulda Türk Dilli Jurnalistlərin VII Media Forumu keçirildi – Aqil Ələsgərin moderatorluğu ilə informasiya təhlükəsizliyi müzakirə olundu - FOTO - VİDEO
00:21 19.09.2026
İstanbulda Türk Dilli Jurnalistlərin VII Media Forumu keçirildi – Aqil Ələsgərin moderatorluğu ilə informasiya təhlükəsizliyi müzakirə olundu - FOTO - VİDEO
Bürclər bu günə nə deyir?
00:07 19.09.2026
Bürclər bu günə nə deyir?
ABŞ-İran gərginliyi yenidən alovlanır: Tehrandan "100 faiz hazırıq" mesajı
23:49 18.09.2026
ABŞ-İran gərginliyi yenidən alovlanır: Tehrandan "100 faiz hazırıq" mesajı
Gələn il bu müəllimlər sertifikasiyadan azad ediləcək - Agentlik direktoru
23:38 18.09.2026
Gələn il bu müəllimlər sertifikasiyadan azad ediləcək - Agentlik direktoru
Qərarsız olan dörd bürc
23:29 18.09.2026
Qərarsız olan dörd bürc
"Bunker müəllimlər" və şişirdilmiş qiymətlər: Azərbaycanda repetitorluq böhranı nədən xəbər verir?
23:12 18.09.2026
"Bunker müəllimlər" və şişirdilmiş qiymətlər: Azərbaycanda repetitorluq böhranı nədən xəbər verir?
Saxta əlillik dərəcəsi verən həkimin məhkəməsində "povestka" paylayan danışdı
23:04 18.09.2026
Saxta əlillik dərəcəsi verən həkimin məhkəməsində "povestka" paylayan danışdı
Yardımlıda açıq ərazidə yanğın olub - Video
22:53 18.09.2026
Yardımlıda açıq ərazidə yanğın olub - Video
Onlar özlərini heç kimə sübut etməyə çalışmırlar - Ən güclü bürclər
22:37 18.09.2026
Onlar özlərini heç kimə sübut etməyə çalışmırlar - Ən güclü bürclər
Sürücü parkinqi bağlamağı unutsa, nə baş verir? - AYNA-dan açıqlama
22:16 18.09.2026
Sürücü parkinqi bağlamağı unutsa, nə baş verir? - AYNA-dan açıqlama
"Qarabağ" "Şəfa"nı məğlub etdi
22:09 18.09.2026
"Qarabağ" "Şəfa"nı məğlub etdi
Bakıda parkda şüşə konstruksiyada yaranan çatlar insanlara təhlükədir? - VİDEO
21:53 18.09.2026
Bakıda parkda şüşə konstruksiyada yaranan çatlar insanlara təhlükədir? - VİDEO