Hüsnü Mübarək depressiyadadır

Bütün Xəbərlər
09:53 01.05.2011
1576

AZXEBER.COM-un məlumatına görə, bu haqda xəbəri Misirdə çap olunan “Ahram” qəzeti yayıb. Şarm Əl Şeyx Beynəlxalq Xəstəxanasının həkimi Məhəmməd Fathalla qəzetə bu haqda məlumat verib. O, Mübarəkin vəziyyətinin normal olduğunu deyib. Ancaq üç gündür depressiyada olan Mübarəkin psixoterapiya müalicəsi qəbul etmək istəmədiyini də söyləyib.

Qeyd edək ki, xəstəxanada həyat yoldaşı Suzan Mübarəklə birlikdə nəzarətdə olan Mübarəkin səhhəti yaxşı olarsa məhkəmə qərarı ilə oğullarının da saxlandığı Tora həbsxanasına göndərilməlidir. Ancaq Mübarəkin səhhəti stabil olmadığından, xəstəxanaya gəldiyi gündən çox arıqladığından həbsxanaya aparılmasının riskli olduğu düşünülür.

OXŞAR XƏBƏRLƏR