Hüsnü Mübarək komaya düşüb

Bütün Xəbərlər
07:17 14.02.2011
1678

Misirin keçmiş prezidenti Hüsnü Mübarək komadadır. Bu barədə Misirin “Al Masry al Youm” qəzeti öz mənbələrinə istinadən məlumat yayıb. 

Qəzet yazır ki, Mübarək cümə axşamı Şarm əş-Şeyxdəki iqamətgahına gəlib və burada ona tibbi yardım göstərilib. Keçmiş liderin səhhəti ötən şənbə pisləşib. Hazırda onun xəstəxanaya yerləşdirilməsi məsələsinə baxılır. 

Qəzetin məlumatına görə, əvvəllər Misirin sabiq liderinin xalqa müraciət videosu lenta alınan zaman iki dəfə huşunu itirdiyi bildirilirdi. Həmin çıxış zamanı Hüsnü Mübarək səlahiyyətlərinin bir qismini vitse-prezident Ömər Süleymana ötürmüşdü.// Ans Press

 

OXŞAR XƏBƏRLƏR