Misirin sabiq prezidenti Hüsnü Mübarəkin internet saytlarında yeni fotoşəkli yayılıb. Bu şəkildəki kostyumda 18 günlük xalq hərəkatından sonra 30 illik hakimiyyətini itirən Mübarəkin diktatorluğunun hansı səviyyədə olduğunu görmək mümkündür. İlk baxışda adi kostyumdan heç bir fərqi olmayan bu pencəyə yaxından baxıldığı vaxt üfüqi xəttlərdə ingilis dilində diktatorun adını, “Hosny Mubarak” yazısını görmək olar.
İngiltərənin məşhur “Holland & Sherry” geyim markası belə bir kostyumun təxminən 10 000 funt-sterlinq (12 896 manat) dəyərində ola biləcəyini açıqlayıb.
{jcomments off}