Hərbi hissədə bıçaqlaşma

Bütün Xəbərlər
17:31 02.03.2011
1835
Müdafiə Nazirliyinin Zirə qəsəbəsində yerləşən “N” saylı hərbi hissəsinin əsgəri ağır bıçaq xəsarətləri ilə 3 saylı şəhər xəstəxanasına aparılıb. Xəstəxanadan ANS PRESS-ə verilən məlumata görə, yaralı bu gün saat 08 radələrində daxil olub. 23 yaşlı Muxtar Ələsgərov ikisi daxilə nüfuz edən olmaqla qarın nahiyəsindən 3 zərbə alıb. Yaralının dalağı götürülərək ona süni nəfəs aparatı qoyulub. Hazırda əsgərin vəziyyətinin ağır olduğu bildirilir.

OXŞAR XƏBƏRLƏR