Hərbi hissədə dəhşətli cinayət: 7 hərbçimiz öldü - YENİLƏNİR
Bütün Xəbərlər
10:19 21.02.2011
2578
"Müdafiə Nazirliyi və Hərbi Prokurorluğun rəhbər işçiləri daxil olmaqla bir qrup əməkdaş hadisə yerinə ezam olunublar. Fakta görə Cinayət Məcəlləsinin 120.2.7 (iki və daha çox şəxsi qəsdən öldürmə) maddəsi ilə cinayət işi başlanılıb. Hadisənin baş vermə səbəbləri və şəraiti birgə istintaq əməliyyat qrupu tərəfindən aparılmaqla zəruri, təxirəsalınmaz istintaq hərəkətləri həyata keçiriləcəkdir.
Cinayət işi üzrə hərtərəfli, tam və obyektiv istintaq aparılması, hadisənin baş verməsində günahkar olan şəxslərin müəyyən edilib məhkəmə məsuliyyətinə verilməsi və qanunla nəzərdə tutulan başqa tədbirlərin görülməsi təmin olunmaqla ictimaiyyətə əlavə məlumat veriləcəkdir" - deyə birgə bəyanatda qeyd olunub.
--------- 11:30
Gəncə Hərbi Prokurorluğundan Milli.Az xəbər portalına bildirildi ki, dəhşətli hadisə Göygöl rayonu ərazisində baş verib və bu, qətl hadisəsidir - 7 nəfər hərbi qulluqçu qətlə yetirilib.
---------- 11:16
Milli.Az xəbər portalı Müdafiə Nazirliyi və Hərbi Prokurorluğun mətbuat xidmətinə istinadən bildirir ki, fevralın 20-də saat 9:40 radələrində Müdafiə Nazirliyinin hərbi hissələrinin birində ölümlə nəticələnən ağır cinayət hadisəsi baş verib.
Müdafiə Nazirliyi və Hərbi Prokurorluğun birgə yaydığı məlumatda deyilir ki, birgə təhqiqat aparmaq üçün hadisə yerinə qrup ezam olunub. Cinayət işi qaldırılıb, istintaq araşdırmasının nəticəsinə uyğun əlavə məlumat veriləcək.
Hadisə zəminində Quliyev Naib Fəxrəddin oğlu (1992 Beyləqan RHK 04.2010), Cavadzadə Cavid Vəkil oğlu (1991 Mingəçevir RHK 01.2010), Suanverdiyev Nurlan Radfel oğlu (1991 Ağdam RHK 04.2010), Xocberov Ramazan Abdullaoğlu (1992 Balakən RHK 04.2010), Kərimov Əfqan Yaşaroğlu (1991 Balakən RHK 10.2009), Hüseynov Əhməd Əhmədalı oğlu (1992 Ağcabədi RHK 01.2010), Quliyev Zakir Etibar oğlu (1991 Yasamal RHK 01.2010) ölüblər.
Hərbi mənbədən bazar ertəsi Trend-ə bildiriblər ki, fevralın 20-si səhər 09:00 radələrində hərbi hissənin əsgəri xidməti silahı ilə digər əsgər yoldaşlarını öldürüb. Məlumata görə, silahlı insident zamanı həmin əsgərin özü də ölüb.