"Haber Global"ın veb-saytı artıq yeni ünvanda

"Haber Global"ın veb-saytı artıq yeni ünvanda
MEDİA
13:24 03.11.2025
110
2019-cu ildən bəri oxucularına qərəzsiz şəkildə son xəbərləri təqdim edən Türkiyənin "Haber Global" veb-saytı artıq yeni ünvanda fəaliyyət göstərəcək.

AZXEBER.COM xəbər verir ki, bu barədə "Haber Global" məlumat yayıb.

"Haber Global"ın oxucuları veb-saytın xəbərlərini artıq haberglobal.com ünvanında izləyə biləcəklər. Qeyd olunur ki, haberglobal.com.tr saytına daxil olanlar avtomatik olaraq bu yeni ünvana yönləndiriləcəklər.
OXŞAR XƏBƏRLƏR