Habil Əliyevin vəziyyəti ağırdır

Habil Əliyevin vəziyyəti ağırdır
Bütün Xəbərlər
10:30 04.09.2015
1045

Azərbaycanın xalq artisti Habil Əliyevin vəziyyəti ağırdır. Dünəndən səhhətində heç bir irəliləyiş yoxdur.

AZXƏBƏR.COM xəbər verir ki, bu barədə "Report"a xalq artistinin ailə üzvləriməlumat verib.

Ailə üzvləribildirib ki, sentyabrın 3-də H.Əliyevin vəziyyəti daha da ağırlaşıb: "Komadadır. Heç bir irəliləyiş yoxdur. Həkimlər əllərindən gələni edirlər. Amma xeyiri yoxdur. Ailə üzvləri yanındadır".

Xatırladaq ki, ağciyər və ürək çatışmazlığından əziyyət çəkən Habil Əliyev sentyabrın 2-dən 3-nə keçən gecə komaya düşüb.

OXŞAR XƏBƏRLƏR