Hacıqabul sakini iki nəfərə odlu silahdan atəş açıb, bir nəfər ölüb

Hacıqabul sakini iki nəfərə odlu silahdan atəş açıb, bir nəfər ölüb
Bütün Xəbərlər
19:13 26.12.2010
2028

Bu barədə APA-ya Hacıqabul rayon polis şöbəsindən məlumat verilib. Məlumatda bildirilir ki, dekabrın 26-da saat 16.00 radələrində Hacıqabul rayonunun Qubalı-Baloğlan kəndinin sakini, 1980-ci il təvəllüdlü Atakişiyev Qabil Məhəmmədəli oğlu Bakı sakinlərinə odlu silahdan atəş açıb. Odlu silahdan aşılan atəş nəticəsində Bakı şəhəri, Yasamal rayon sakini, 1961-ci il təvəllüdlü Ayətullayev Adil Əsədulla oğlu qətlə yetirilib. Digər şəxs, Yasamal rayon sakini, 1959-cu il təvəllüdlü İdrisov İbadulla Seyidəhməd oğlu boyun nahiyəsindən yaralanıb.

Hadisənin təfərrüatları hələlik istintaqa məlum deyil.

 

OXŞAR XƏBƏRLƏR