Hacı Allahşükür Paşazadə İranın yeni səfirini qəbul etdi
Bütün Xəbərlər
16:50 08.11.2012
1011
Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə İran İslam Respublikasının ölkəmizə yeni təyin olunmuş səfiri Möhsün Pakayini onun öz xahişi ilə qəbul edib. Tanışlıq xarakteri daşıyan görüşdə yeni fəaliyyətə başlamış səfiri səmimi salamlayan Şeyxülislam A. Paşazadə ona gələcək fəaliyyətində uğurlar diləyib, dost, qardaş ölkələrimiz və xalqlarımız arasında mövсud yüksək səviyyəli əlaqələrin daha da dərinləşdirilməsi istiqamətində səy göstərəcəyinə ümidvar olduğunu bildirib.