“Hacı İbrahimin milyondan çox obyekti var” – MÜSAHİBƏ

“Hacı İbrahimin milyondan çox obyekti var” –  MÜSAHİBƏ
Bütün Xəbərlər
17:10 26.05.2015
2617
“Xəzər adaları” layihəsinin müəllifi, “Avesta” konsernin rəhbəri və adı maliyyə qalmaqalında hallanan iş adamı Hacı İbrahim Nehrəmlinin qardaşı “Azad Azərbaycan” Televiziyasının keçmiş vitse-prezidenti Natiq İbrahimov AzVision.az-a müsahibə verib. AZXEBER.COM həmin müsahibəni təqdim edir.-Son günlər qardaşınız Hacı İbrahimin həbsi ilə bağlı müxtəlif məlumatlar yayılır. Bildirilir ki, 10 gündən çoxdur həbsdədir. Qardaşınız doğrudanmı həbsdədir, yoxsa...?-Hacı İbrahimlə bağlı indi məlumat vermək düzgün deyil. Hazırda araşdırmalar gedir. Hacı İbrahim işləri yoluna düşdükdən sonra özü açıqlama verəcək. Biz Hacının 12 gündür ki, həbsdə olduğunu söyləyən Qurban Əhmədovu tanımırıq. (Qurban Əhmədov “Khazar İslands” layihəsinin rəhbəridir-red). O, kimdir ki, Hacı İbrahim haqda danışır?Hacının özünün mobil telefonu var. Kim istəsə ona zəng vurub, özü ilə danışa bilər.- Qardaşınızın Beynəlxalq Bankdan götürdüyü krediti qaytarmadığı üçün həbs edildiyi iddia edilir. Hacı İbrahim də mətbuata açıqlamasında kredit borcunun olduğunu gizlətməmişdi. Bildirmişdi ki, ona borcunu qaytarmaq üçün vaxt qoyulub. Verilən vaxt başa çatdı. Bilmək istərdik Hacı pulu qaytara bildimi?-Hacının Beynəlxalq Banka borcunun olması ilə bağlı mən indi heç nə deyə bilmərəm. Hacının işi ilə bağlı araşdırma gedir. O, özü çıxıb, bütün dəqiq məlumatları açıqlayacaq. Mənim bu barədə danışmağım doğru olmazdı.-Qardaşınızın maşınlarını, evlərini, hətta “Avesta” konsernini satışa çıxarması haqda mətbuatda məlumatlar yayılır. Bu məlumatlar nə dərəcədə doğrudur?-Hər şey göz qabağındadır. Qaradaşımın şəhərdə o boyda obyektləri var. Görmək istəyənlər gedib onu görsünlər. Maşallah Hacının şəhərdə 1 milyondan artıq obyekti var. Şəhərin yarısını Hacı tikir. Bunlar müvəqqəti çətinlikdir. Hər kəs belə çətinliklə qarşılaşa bilər. Belə şeylərdən qorxmaq lazım deyil.Yayılan xəbərlərə çox da inanmayın. Bəzi mətbuat orqanları yazmamaq üçün bizdən pul istəyirlər. Kimsə bizim barəmizdə haray çəkib yazırsa, demək ki, pul istəyirlər.“Avesta” niyə satılmalıdır axı? Deyilər ki, “Avesta” 50 milyona satılır. Əgər zərər varsa, obyek satıla bilər. Satar gedib başqasını tikər. Burada qeyri-adi bir şey yoxdur.-Sizin ölkəni tərk etdiyiniz barəsində də məlumatlar yayılır. Ölkəni tərk etməmisinizmi?- İndi Hacının binasında, “Avesta”nın a 10-cu mərtəbəsində oturmuşam. Heç yerə qaçmamışam. Nəyim var ki hara da qaçıram?- Hazırda mühacirətdə olan qazaxlı iş adamı Elşad Məmmədov sizinlə yazışmanızı sosial şəbəkələrdə paylaşaraq ölümlə təhdid edildiyini iddia edirdi. Bu məsələyə də münasibətinizi bilmək istərdik.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Paşinyan: Ermənistan və Azərbaycan fundamental bir mərhələyə qədəm qoyur
00:53 09.08.2025
Paşinyan: Ermənistan və Azərbaycan fundamental bir mərhələyə qədəm qoyur
Azərbaycan Prezidenti: Ermənistanla tarixin qaranlıq səhifəsini çevirməyin vaxtıdır
00:43 09.08.2025
Azərbaycan Prezidenti: Ermənistanla tarixin qaranlıq səhifəsini çevirməyin vaxtıdır
"Bakı ilə Vaşinqton arasında strateji tərəfdaşlıq haqqında xartiya bir neçə ay ərzində hazırlanacaq"
00:42 09.08.2025
"Bakı ilə Vaşinqton arasında strateji tərəfdaşlıq haqqında xartiya bir neçə ay ərzində hazırlanacaq"
Ağ Ev rəhbəri: Qarşıdan Rusiya ilə bağlı böyük həftəsonumuz var
00:40 09.08.2025
Ağ Ev rəhbəri: Qarşıdan Rusiya ilə bağlı böyük həftəsonumuz var
Paşinyan: Bu gün Ermənistan-Azərbaycan münasibətlərində mühüm irəliləyiş əldə etmişik
00:33 09.08.2025
Paşinyan: Bu gün Ermənistan-Azərbaycan münasibətlərində mühüm irəliləyiş əldə etmişik
İlham Əliyev Nikol Paşinyanla birgə Nobel komitəsinə Donald Trampla bağlı müraciət etməyi təklif edib
00:32 09.08.2025
İlham Əliyev Nikol Paşinyanla birgə Nobel komitəsinə Donald Trampla bağlı müraciət etməyi təklif edib
Azərbaycan Prezidenti: Biz həqiqətən də yeni tarixi səhifəyə imza atırıq
00:26 09.08.2025
Azərbaycan Prezidenti: Biz həqiqətən də yeni tarixi səhifəyə imza atırıq
"Tramp sülh yolu" bir çox ölkə üçün böyük imkanlar açacaq
00:26 09.08.2025
"Tramp sülh yolu" bir çox ölkə üçün böyük imkanlar açacaq
Azərbaycan Prezidenti: Bu gün biz Cənubi Qafqazda sülhü bərqərar edirik
00:25 09.08.2025
Azərbaycan Prezidenti: Bu gün biz Cənubi Qafqazda sülhü bərqərar edirik
Prezident: Azərbaycan Trampın sülhməramlı siyasətini həmişə xatırlayacaq
00:24 09.08.2025
Prezident: Azərbaycan Trampın sülhməramlı siyasətini həmişə xatırlayacaq
Tramp: Ermənistan və Azərbaycan arasındakı müharibə hər iki dövlətə böyük ziyanlar vurub
00:23 09.08.2025
Tramp: Ermənistan və Azərbaycan arasındakı müharibə hər iki dövlətə böyük ziyanlar vurub
İlham Əliyev “907-ci düzəliş”in ləğvinə görə Trampa minnətdarlığını bildirib
00:20 09.08.2025
İlham Əliyev “907-ci düzəliş”in ləğvinə görə Trampa minnətdarlığını bildirib
İlham Əliyev, Donald Tramp, Nikol Paşinyan üçtərəfli sənəd imzalayıb
00:19 09.08.2025
İlham Əliyev, Donald Tramp, Nikol Paşinyan üçtərəfli sənəd imzalayıb
"Bir çox vasitəçilər Ermənistan-Azərbaycan münaqişəsinə son qoymaq üçün uğursuz cəhdlər ediblər"
00:17 09.08.2025
"Bir çox vasitəçilər Ermənistan-Azərbaycan münaqişəsinə son qoymaq üçün uğursuz cəhdlər ediblər"
İlham Əliyev: Tramp Qafqaza sülh gətirdi
00:16 09.08.2025
İlham Əliyev: Tramp Qafqaza sülh gətirdi
ABŞ Prezidenti: “Tramp marşrutu” Azərbaycanın Naxçıvana tam çıxışına imkan verəcək
00:15 09.08.2025
ABŞ Prezidenti: “Tramp marşrutu” Azərbaycanın Naxçıvana tam çıxışına imkan verəcək