Hacı İbrahimin qaçış planı - Honkonq səfəri

Hacı İbrahimin qaçış planı - Honkonq səfəri
Bütün Xəbərlər
10:31 29.09.2015
1623
Məlum olduğu kimi “Avesta Konserni” MMC-nin prezidenti Hacı İbrahim Nehrəmli Çin Milli Birləşmiş Resursların Inkişafı Beynəlxalq Şirkətinin sədri Li Cian Cunla ilkin olaraq 3 milyard dollarlıq sərmayə cəlb edilməsi ilə bağlı müqavilə imzalaması haqqında məlumat yayıb.
AZXEBER.COM-un “Azadlıq” qəzetinə istinadən verdiyi xəbərə görə, Hacı İbrahim iddia edir ki, Çin Milli Birləşmiş Resursların Inkişafı Beynəlxalq Şirkəti “Xəzər adaları” layihəsinin bir adasına ilkin olaraq 3 milyard dollar vəsait yatıracaq, sonrakı illərdə isə mərhələ-mərhələ digər adalara da investisiya yatırımları reallaşacaq. Imzalanan müqavilənin əhəmiyyətini göstərmək üçün Hacı Ibrahim Nehrəmli deyib ki, bu gün təkcə onun üçün deyil, həm də ölkəmiz üçün mühüm əhəmiyyət daşıyır.
Digər bir xəbərə görə isə əslində onun bu şirin vədinin arxasında başqa planlar dayanır (infoaz.org). Bildirilir ki, İbrahim İbrahimov bununla ölkədən çıxışına qoyulan qadağanın götürülməsinə çalışır. Məlum olduğu kimi Azərbaycan Beynəlxalq Bankına borcu olan digər kredit oliqarxları kimi “Avesta Konserni” MMC-nin prezidentinin də ölkədən çıxışı məhdudlaşdırılıb. İndi 3 milyard dollarlıq şirin vəd verməklə İbrahim İbrahimov ölkədən çıxmağa çalışır. Kredit oliqarxı bəyan etdi ki, bu sərmayənin cəlb edilməsi üçün o hökmən Honkonqa getməlidir. Honkonq səfərinin Çin Milli Birləşmiş Resursların İnkişafı Beynəlxalq Şirkətinin sədri Li Cian Cunla imzaladığı müqavilədə şərt kimi göstərilməsini xüsusi vurğulayan İbrahim İbrahimovun ölkəni tərk etmək üçün can atdığı aydın hiss olunur.
Qəzet yazır ki, onun bu canfəşanlığı əbəs deyil. Belə ki, Azərbaycan Beynəlxalq Bankına olan və hər ay üstünə 40-50 milyon manat faiz gələn 600 milyon manat borcunu geri qaytarmağın mümkün olmadığını İbrahim İbrahimov yaxşı anlayır. Eyni zamanda işçilərinin əmək haqqı tələbindən bezən “Avesta Konserni”nin prezidenti indi borclu olduğu şirkətlərin pul tələbi ilə üzləşib. “Avesta Konserni” MMC-nin əməkdaşlarından birinin verdiyi məlumata görə, İbrahim İbrahimovun borclu olduğu şirkətlərin bəziləri artıq məhkəməyə üz tutub. Onun şirkətlərə borcu isə çox böyükdür.
Məsələn, Ibrahim Ibrahimovun ölkənin ən böyük sement istehsalçısı Holcim (Azərbaycan) ASC-yə olan borcunun yanında kiçik rəqəmdir. İbrahim İbrahimovun “Akkord Sement”ə borcu 383,934 milyon manatdır. Əlbəttə İ. İbrahimov bu şirkətlərə olan borcu ödəməməyin mümkün olmadığının fərqindədir. Ancaq ödəmək imkanı da yoxdur. Holcim (Azərbaycan) ASC və Akkord kimi şirkətlər isə “Avesta Konserni” MMC-nin auditi Ağababa Süleymanov deyir ki, Ibrahim Ibrahimov borcunu verməkdən nümayişkarənə sürətdə imtina etsin. Bu şirkətlərə borcunu ödəməsə Ibrahim Ibrahimovun yolunun yenidən DIN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Idarəsindən düşəcəyi şəksizdir.
İbrahim İbrahimovun Almaniyanın “Wurth” şirkətinə olan borcu isə artıq məhkəmə araşdırması mövzusudur. Məlumata görə, bu məsələ Almaniyanın ölkəmizdəki səfirliyinin də diqqət mərkəzindədir. Yuxarıda adları qeyd olunan şirkətlərdən fərqli olaraq “Aliye Technolgy”, “Baku Roofing Company”, “Sobsan”, “Shell”, “Osmanlı Makina”, “Azcam Balkon” kimi onlarla şirkətin və çoxsaylı fiziki şəxslərin Ibrahim Ibrahimovdan borclarını ala biləcəklərinə böyük şübhə var. Çünki, bu borcların bəziləri bir ildən artıqdır ki mövcuddur və İbrahim İbrahimov onları vermək istəmir.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
ABŞ-də İranla müharibə başlayandan bəri benzinin orta qiyməti 37 % artıb
05:19 05.04.2026
ABŞ-də İranla müharibə başlayandan bəri benzinin orta qiyməti 37 % artıb
İran BƏƏ-də alüminium sənayesi obyektlərinə zərbə endirdiyini açıqlayıb
03:38 05.04.2026
İran BƏƏ-də alüminium sənayesi obyektlərinə zərbə endirdiyini açıqlayıb
Çəpiş ətinə tələbat niyə artıb? - VİDEO
02:52 05.04.2026
Çəpiş ətinə tələbat niyə artıb? - VİDEO
Zığ sakinləri təhlükə içində: "Uşaq gözümün qabağında kanala düşdü" - VİDEO
01:04 05.04.2026
Zığ sakinləri təhlükə içində: "Uşaq gözümün qabağında kanala düşdü" - VİDEO
İcarəyə verilən avtomobillər üçün sığorta haqqı artırıla bilər - VİDEO
00:23 05.04.2026
İcarəyə verilən avtomobillər üçün sığorta haqqı artırıla bilər - VİDEO
Avstraliyada güclü zəlzələ oldu
23:43 04.04.2026
Avstraliyada güclü zəlzələ oldu
Ata-ana imtina etdi, nənə isə uşaqlar evinə verir - Komitədən açıqlama
23:39 04.04.2026
Ata-ana imtina etdi, nənə isə uşaqlar evinə verir - Komitədən açıqlama
Dövlət Agentliyi küləkli hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edib
23:30 04.04.2026
Dövlət Agentliyi küləkli hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edib
Türkiyə Superliqası: "Qalatasaray" Trabzon səfərində büdrədi
23:16 04.04.2026
Türkiyə Superliqası: "Qalatasaray" Trabzon səfərində büdrədi
Əraqçi: Nüvə obyektlərinə hücumlar ağır ekoloji nəticələrə səbəb ola bilər
22:58 04.04.2026
Əraqçi: Nüvə obyektlərinə hücumlar ağır ekoloji nəticələrə səbəb ola bilər
Ata-anası imtina etdi - Nənəsi də uşaq evinə vermək istəyir
22:38 04.04.2026
Ata-anası imtina etdi - Nənəsi də uşaq evinə vermək istəyir
İsrail Livan və İranda 200-dən çox hədəfi vurduğunu açıqlayıb
22:27 04.04.2026
İsrail Livan və İranda 200-dən çox hədəfi vurduğunu açıqlayıb
"Müalicələrini davam etdirmək üçün uşaqları evə gətirmişdim" - Sumqayıtda övladını itirən atanın FƏRYADI - VİDEO
22:15 04.04.2026
"Müalicələrini davam etdirmək üçün uşaqları evə gətirmişdim" - Sumqayıtda övladını itirən atanın FƏRYADI - VİDEO
Skuter sürənlər hansı hallarda cərimələnə bilərlər? - VİDEO
21:54 04.04.2026
Skuter sürənlər hansı hallarda cərimələnə bilərlər? - VİDEO
Azərbaycanın bəzi yerlərində qar yağır - FAKTİKİ HAVA
21:36 04.04.2026
Azərbaycanın bəzi yerlərində qar yağır - FAKTİKİ HAVA
Ərdoğan HƏMAS-ın nümayəndə heyətini qəbul edib
21:32 04.04.2026
Ərdoğan HƏMAS-ın nümayəndə heyətini qəbul edib