Hacı Məmmədov ailə üzvləri ilə görüşmür

Hacı Məmmədov ailə üzvləri ilə görüşmür
Bütün Xəbərlər
12:46 09.02.2015
2393
“Hacı Məmmədov uzun müddətdir ki, ailə üzvləri ilə görüşmür. Səbəb onun ailə üzvləri ilə görüşdən şəxsi istəyi ilə imtina etməsidir”.
Bu barədə AZXEBER.COM-a Azərbaycan İşgəncələr Əleyhinə Komitənin sədri Elşin Behbudov verib. O bildirib ki, Məmmədov artıq uzun müddətdir özünün istəyi ilə heç kimlə görüşmür: “ O, artıq hamıdan imtina edib. Təkliyə qapanıb. Hesab edir ki, unudulub. Şəkər xəstəsidir. Özünü təbii yollarla müalicə edir. Onunla mən ayda bir dəfə prosedura uyğun olaraq nazirliyin istintaq təcridxanasında görüşürəm. Saxlanma şəraitindən şikayəti yoxdur. Amma nə özü danışmaq istəyir, nə də kiminləsə görüşmək görüşmək istəyir”.
Xatırladaq ki, bir çox ağır cinayətlərdə təqsirli bilinərək ömürlük azadlıqdan məhrum edilən Daxili İşlər Nazirliyinin (DİN) keçmiş polkovniki Hacı Məmmədov Milli Təhlükəsizlik Nazirlyinin (MTN) istintaq təcridxanasında saxlanılır.
Orxan
OXŞAR XƏBƏRLƏR