Almaniyada "Uniklinika"da yenidən müalicəyə başlayan teleaparıcı hacı Nuran Hüseynov sosial şəbəkədə xəstəxanadan yeni fotosunu paylaşıb.
AZXEBER.COM axşam.az-a istinadən xəbər verir ki, səhhəti pisləşən aparıcı çox sayda dostunun onu ziyarətə gəldiyini bildirib:
"Neçə gündür yanıma gəlib-gedən dostlarımın sayı-hesabı yoxdur. Ziyarətimə gələnlər 5-10 dəqiqə oturub gedirlər, məni çox narahat etmək istəmirlər. Onların gəlişi məni çox sevindirir. Məni burada tək qoymadıqları üçün hamısına minnətdaram. Məni bağışlayın ki, yanıma gələn dostlarımla xəstəxana paltarında şəkil çəkdirirəm. Həmçinin kimyaterapiyadan da çox kökəlmişəm".
Qeyd edək ki, xərçəngdən əziyyət çəkən Hacı Nurana kimyaterapiyadan sonra transplantasiya ediləcək.

