Katarakt

Hacı Nuran Ramiz Əzizbəylidən yazdı: ”Zəif orqanizmi əsrin bəlasına baş əydi”

MƏDƏNİYYƏT
10:25 04.06.2021
3826
Xalq artisti, kinorejissor Ramiz Əzizbəylidən xəbər var.

AZXEBER.COM xəbər verir ki, aparıcı Hacı Nuran Hüseynov bununla bağlı sosial şəbəkədə paylaşım edib.

O, "Instagram” hesabında Xalq artisti ilə fotosunun yayımlayaraq onun səhhəti ilə bağlı bunları yazıb:

"Xalq artisti Ramiz Əzizbəylinin vəziyyəti ağır olaraq qalır. Həkimlərin səyinə baxmayaraq, səhhətində irəliləyiş yoxdur. Yaxınları, doğmalar təşviş içindədir.

Uzun illər insultdan əziyyət çəkən sənətkar bir neçə gün əvvəl COVİD-19-a yoluxub. Onsuz da zəif olan orqanizmi əsrin bəlasına baş əydi.

Hazırda reanimasiyada olan Ramiz Əzizbəyli üçün bütün xalq dua edir. Bəlkə Tanrı bu dəfə də möcüzə göstərəcək.

İllərlə ayaqda qalmaq, yaşamaq üçün mübarizə aparan rejissor Ramiz Əzizbəyli bu bəladan da qurtular. Dua edək, dostlar...".

OXŞAR XƏBƏRLƏR