Hacı Nuranın səhhəti pisləşib

Hacı Nuranın səhhəti pisləşib
Bütün Xəbərlər
01:38 13.08.2015
1508
Xərçəng xəstəliyindən əziyyət çəkən Azərbaycanın tanınmış teleaparıcısı Hacı Nuran Hüseynovdan yeni xəbər var.
Almaniyada müalicə alan tanınmış aparıcı “Facebook” səhifəsində xəstəxanada çəkdirdiyi rəsmini paylaşaraq, bunları yazıb: "Bu gün həkimlərdən pis xəbər gəldi: ağır kimyaterapiya mualicələri bitən kimi, mənə transplantasiya etməlidilər... Yenə bir müddət xəstəxanada olmalıyam... İrəllidə yenə dözülməz ve ağır müalicələr... Allaha şükürlər olsun....".
Qeyd edək ki, Hacı Nuran hazırda Almaniyanın Dusseldorf şəhərində yerləşən Uniklinikanın onkologiya şöbəsində mualicəsini davam etdirir.
O, “Xeyir körpüsü”, “Vətənimdir Azərbaycan” verilişlərinin layihə rəhbəri və aparıcısı olub.
OXŞAR XƏBƏRLƏR