Hacı Şahin kolbasaya görə onu ittiham edənlərə CAVAB VERDİ

Hacı Şahin kolbasaya görə onu ittiham edənlərə CAVAB VERDİ
SOSİAL
21:35 03.02.2023
369
"Burada tənqid olunası məqam görmürəm. Bizi müxtəlif şirkətlər məhsullarının hallalığına rəy vermək üçün dəvət edirlər. Biz də yerində məhsulun hazırlanması prosesini izləyirik. Məhsulun halal olub-olmaması ilə bağlı fikrimizi ifadə edirik”.

AZXEBER.COM xəbər verir ki, bunu "modern.az”a Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) səlahiyyətli nümayəndəsi, ilahiyyatçı hacı Şahin Həsənli kolbasa firmasını reklam etməsi ilə bağlı ittihamlara münasibət bildirərkən deyib.

Tanınmış din xadimi kolbasa şirkətini ziyarət etməsinin reklam olmadığını söyləyib:

"Bu, reklam deyil. Mən ömrüm boyu reklamla məşğul olmamışam. Bundan sonra da belə fikrim yoxdur. Çünki bu fəaliyyət istiqamətimizə ziddir. Qafqaz Müsəlmanlar İdarəsində bu məsələ ilə bağlı komissiya var. Halallığı müəyyən etmək üçün din xadimləri yerlərdə müəssisələri ziyarət edirlər.

Mən də həmin kommisiyanın üzvüyəm. Burada təəccüblü bir şey yoxdur. Dünyanın bütün yerlərində din xadimləri bu məsələ ilə bağlı rəy verir. Təbii ki, məhsulun digər standartlara uyğun olub-olmamasını digər qurumlar müəyyənləşdirir”.

Hacı Şahin vurğulayıb ki, məhsul istehsalı ilə məşğul olan şirkətlər onlara etimad göstərdiklərinə görə dəvət edirlər:

"İnsanlar bizə etimad etdiyi üçün müraciət edib, suallar verirlər. Bu, bizim ziyarət etdiyimiz ilk müəssisə deyil. Bundan qabaq da bəzi müəssisələrdə olmuşuq və məhsulların halallığına zəmanət vermişik. Bizim orada çəkiliş aparmaq niyyətimiz olmayıb. Amma müəssisə öz məhsulunun halallığını göstərmək istəyib. Bunun da mənə aidiyyəti yoxdur”.

Cəmiyyətdə müxtəlif fikirli insanların olduğunu deyən hacı Şahin onu tənqid edənlərə də cavab verib:

"Təbii ki, cəmiyyətdə müxtəlif fikirli insanlar var. Hər bir insan müəyyən addım atdığı zaman onu bəyənənlər də, bəyənməyənlər də olur. Bəzi insanlar var ki, hər şeyi qaralamağa, tənqid etməyə adət ediblər. İctimai fəaliyyəti olan insanlar yerli-yersiz tənqid olunur. Ancaq insan əsaslı tənqid etməlidir. Bizim fəaliyyətimiz göz önünədir. Yenə deyirəm ki, dünyanın hər yerində din xadimləri məhsulların halallığına zəmanət üçün yerlərdə baxış keçirir. Biz dəvətə təmənnasız icabət edirik”.

Qeyd edək ki, tanınmış din xadimləri hacı Şahin Həsənli, hacı Surxay Məmmədli, hacı Eldayaq Hüseynov və hacı Natiq İsayevin ət məhsulları şirkətini ziyarət etməsi birmənalı qarşılanmayıb. Adları çəkilən şəxslərin şirkətin istehsalı olan kolbasa və sosislərin reklamında iştirakı tənqidlərə tuş gəlib. Sosial şəbəkələrdə çox sayda izləyici tanınmış din xadimlərinin kolbasa və sosis reklamında iştirakını pisləyiblər. Tənqidçilər bildiriblər ki, kolbasa və sosislərin tərkibinə donuz əti və piyi qarışdırılmasa, onu uzun müddət saxlamaq olmaz.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Sadır Japarov “Heydər Əliyev” ordeni ilə təltif edildi
10:36 31.07.2026
Sadır Japarov “Heydər Əliyev” ordeni ilə təltif edildi
"Qırğızıstanla Azərbaycan arasında siyasi dialoq ən yüksək səviyyədədir" - Japarov
10:04 31.07.2026
"Qırğızıstanla Azərbaycan arasında siyasi dialoq ən yüksək səviyyədədir" - Japarov
İlham Əliyev qırğız həmkarını Azərbaycana dövlət səfərinə dəvət edib
09:59 31.07.2026
İlham Əliyev qırğız həmkarını Azərbaycana dövlət səfərinə dəvət edib
Sahibə Qafarova Cənubi Afrika Respublikasında səfərdədir – FOTO
09:55 31.07.2026
Sahibə Qafarova Cənubi Afrika Respublikasında səfərdədir – FOTO
Azərbaycan və Qırğızıstan arasında sənədlərin mübadiləsi olub
09:47 31.07.2026
Azərbaycan və Qırğızıstan arasında sənədlərin mübadiləsi olub
Azərbaycan və Qırğızıstan prezidentləri mətbuata bəyanatlarla çıxış edirlər
09:31 31.07.2026
Azərbaycan və Qırğızıstan prezidentləri mətbuata bəyanatlarla çıxış edirlər
Sadır Japarov İlham Əliyevi Qırğızıstanın ali dövlət mükafatı – "Manas" ordeni ilə təltif edib
09:23 31.07.2026
Sadır Japarov İlham Əliyevi Qırğızıstanın ali dövlət mükafatı – "Manas" ordeni ilə təltif edib
Qırğızıstan Prezidenti Heydər Əliyev ordeni ilə təltif edilib
09:17 31.07.2026
Qırğızıstan Prezidenti Heydər Əliyev ordeni ilə təltif edilib
Azərbaycan-Qırğızıstan sənədləri mübadilə edildi
09:10 31.07.2026
Azərbaycan-Qırğızıstan sənədləri mübadilə edildi
“Azərbaycan Respublikası ilə Qırğız Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Müqavilə” imzalanıb
09:07 31.07.2026
“Azərbaycan Respublikası ilə Qırğız Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Müqavilə” imzalanıb
Qırğızıstan Prezidenti: Qırğızıstan və Azərbaycan bir-birinin simasında etibarlı dost qazanıblar
09:06 31.07.2026
Qırğızıstan Prezidenti: Qırğızıstan və Azərbaycan bir-birinin simasında etibarlı dost qazanıblar
“Azərbaycan Respublikası ilə Qırğız Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Müqavilə” imzalanacaq
09:03 31.07.2026
“Azərbaycan Respublikası ilə Qırğız Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Müqavilə” imzalanacaq
Prezident: "Azərbaycan və Qırğızıstan münasibətlərini müttəfiqlik səviyyəsinə yüksəldir"
08:58 31.07.2026
Prezident: "Azərbaycan və Qırğızıstan münasibətlərini müttəfiqlik səviyyəsinə yüksəldir"
Çolpon-Ata şəhərində Azərbaycan və Qırğızıstan Dövlətlərarası Şuranın 3-cü iclası keçirilib
08:57 31.07.2026
Çolpon-Ata şəhərində Azərbaycan və Qırğızıstan Dövlətlərarası Şuranın 3-cü iclası keçirilib
Prezident: "Azərbaycan-Qırğız İnvestisiya Fondunun vəsaitlərinin artırılması barədə qərar qəbul etdik"
08:56 31.07.2026
Prezident: "Azərbaycan-Qırğız İnvestisiya Fondunun vəsaitlərinin artırılması barədə qərar qəbul etdik"
İlham Əliyev: "Azərbaycanın və Qırğızıstanın humanitar sahədə əlaqələri uğurla inkişaf edir"
08:54 31.07.2026
İlham Əliyev: "Azərbaycanın və Qırğızıstanın humanitar sahədə əlaqələri uğurla inkişaf edir"