Bu gün Milli Məclisin deputatı, parlamentin Təhlükəsizlik və Müdafiə Komitəsinin üzvü Hacı Salayev Müstəqil Dövlətlər Birliyi(MDB) Parlamentlərarası Assambleyasının Hüquq Məsələləri üzrə Daimi Komissiyasının növbəti iclasında iştirak etmək üçün Moldovanın paytaxtı Kişinyov yola düşüb. Qaynar.info-nun məlumatına görə, MDB Hüquq Məsələləri üzrə Daimi Komissiyasının növbəti iclasının gündəliyinə bir sıra çərçivə (model) qanun layihələrinin müzakirəsi, bu kimi qanunların MDB-yə üzv olan dövlətlər tərəfindən tətbiqi və bundan irəli gələn hüquqi məsələlər, habelə Komissiyanın fəaliyyəti ilə əlaqədar müxtəlif təşkilatı məsələlər daxil edilib.