Hacıbala Abutalıbovun oğlu həbs olundu? – RƏSMİ AÇIQLAMA

Hacıbala Abutalıbovun oğlu həbs olundu? –  RƏSMİ AÇIQLAMA
Bütün Xəbərlər
18:12 02.07.2014
4743

Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) Hacıbala Abutalıbovun oğlu İsrafil Abutalıbovun həbs edilməsi barədə yayılan informasiyalara münasibət bildirib. 

AZXEBER.COM-un məlumatına görə, qurumun mətbuat xidmətinin rəhbəri Nailə Məmmədova APA-ya açıqlamasında bildirib ki, bəzi KİV-də İ. Abutalıbovun Milli Təhlükəsizlik Nazirliyinin (MTN) keçirdiyi xüsusi əməliyyat zamanı həbs edilməsi barədə yayılan məlumatlar həqiqəti əks etdirmir və şayiədir: “İsrafil Abutalıbov hazırda ailəsi ilə birlikdə Londonda yaşayır”.

Xatırladaq ki, bəzi KİV-də MTN-in Aşurbəy məscidində əməliyyat keçirdiyi və İ. Abutalıbovun həbs edildiyi barədə məlumatlar yayılıb.  

OXŞAR XƏBƏRLƏR