Hacıbəy Heydərli gənc jurnalistlərlə görüşüb - FOTOLAR

Hacıbəy Heydərli gənc jurnalistlərlə görüşüb - FOTOLAR
MEDİA
14:32 18.07.2014
1527
“Gənc Jurnalistlərin Yeni Media Məktəbi” layihəsi çərçivəsində təlimlər baş tutub.
AZXEBER.COM xəbər verir ki, təlimin ikinci günündə AZXEBER.COM informasiya portalının baş redaktoru Hacıbəy Heydərli gənc jurnalistlərlə görüşüb. Demokratik Jurnalistlər Liqasının sədri Yadigar Məmmədlinin moderatorluğu ilə baş tutan təlimin mövzusu "Xəbər portallarının inkişafında sosial şəbəkələrin rolu" olub.  
Hacıbəy Heydərli bildirib ki,  AZXEBER.COM sosial şəbəkələrdə ən aktiv xəbər portalıdır: "AZXEBER.COM informasiya portalının "facebook" sosial şəbəkəsində 210 min nəfərdən çox üzvü olan səhifəsi fəaliyyət göstərir. Bu Azərbaycan ən çox üzvü olan xəbər saytı səhifəsidir. Bundan başqa portalımızın 50 minə üzvə yaxın qrupu da var, "Tvitter" sosial şəbəkəsində də saytımızın rəsmi səhifəsi fəaliyyət göstərir. Həmçinin "Myvideo.az" və "İnstagram"da da görüntülü xəbərlərimizi və ən son fotoları izləmək imkanınız var. Bu baxımdan deyə bilərəm ki, AZXEBER.COM sosial mediada ən aktiv xəbər portalıdır". 
Hacıbəy Heydərli həmçinin onu da qeyd edib ki, Azərbaycanda internet azadlığı var və istifadəçilər bundan maksimum dərəcədə yararlanır : "İnternet bu gün həyatımızın bir parçasına çevrilib və həyatımızı internetsiz təsəvvür etmək mümkün deyil. İnternet bu gün təkcə informasiya mübadiləsi məkanı deyil, həmçinin dövlət idarəçiliyi, təhsil, səhiyyə, biznes, bank işi və digər sahələri əhatə edən, yeni dəyərlər yaradan mühitdir. Bu gün Azərbaycanda 2 milyona yaxın "facebook" istifadəçisi var, ölkəmizdə mövcud olan söz, fikir azadlığı özünü ən bariz şəkildə sosial şəbəkələrdə göstərir. Dövlət orqanları, nazirliklər sosial şəbəkələr vasitəsiylə vətəndaşlarla əlaqə saxlayırlar, onların problemlərini dinləyirlər. Bütün bunlar bir daha onu göstərir ki, Azərbaycan dövləti internetin inkişafında maraqlıdır.  Ancaq çox təəsüf ki, biz bəzi hallarda görürük ki, sosial şəbəkələrdə tanınmış simalara, məşhurlara qarşı hədsiz aqressiya müşahidə olunur. Məncə bunu da normal qarşılamaq olar. Çünki hər bir kəs öz tərbiyəsinə və mədəniyyətinə uyğun şəkildə fikir bildirir. Düşünürəm ki, bunlar da zamanla düzələcək və müzakirələr forması daha mədəni forma alacaq". 
Baş redaktor deyib ki, bu gün sosial şəbəkələr jurnalistlər üçün ən əsas xəbər mənbələrindən birinə çevrilib. 
Görüş gənc jurnalistlərin sualları ilə davam edib. 
Qeyd edək ki, “Gənc Jurnalistlərin Yeni Media Məktəbi” layihəsi Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun maliyyə, Azəri Gənclər Alyansı İctimai Birliyinin təşkilati dəstəyi ilə keçirilir. Ozal İbrahimli
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
BDYPİ: “Sədərək” ticarət mərkəzindəki yanğınla əlaqədar yollarda təhlükəsizlik tədbirləri görülür
15:04 24.08.2025
BDYPİ: “Sədərək” ticarət mərkəzindəki yanğınla əlaqədar yollarda təhlükəsizlik tədbirləri görülür
Azərbaycan XİN Ukraynanı təbrik edib
14:46 24.08.2025
Azərbaycan XİN Ukraynanı təbrik edib
FHN: “Sədərək” ticarət mərkəzində yanğının yayılmasının qarşısı alınıb
14:32 24.08.2025
FHN: “Sədərək” ticarət mərkəzində yanğının yayılmasının qarşısı alınıb
Trampın xüsusi nümayəndəsi Ukraynanın Müstəqillik Günü mərasimində iştirak edir
14:18 24.08.2025
Trampın xüsusi nümayəndəsi Ukraynanın Müstəqillik Günü mərasimində iştirak edir
Türkmənistan Zirvəsi türk dünyasının birliyinə yeni nəfəs verdi
13:54 24.08.2025
Türkmənistan Zirvəsi türk dünyasının birliyinə yeni nəfəs verdi
Ukrayna səfiri: Azərbaycanla energetika sektorunda əhəmiyyətli nəticələr var
13:48 24.08.2025
Ukrayna səfiri: Azərbaycanla energetika sektorunda əhəmiyyətli nəticələr var
“Sədərək”dəki yanğınla əlaqədar nazir müavini hadisə yerindədir
13:34 24.08.2025
“Sədərək”dəki yanğınla əlaqədar nazir müavini hadisə yerindədir
Tramp: Ukraynanın cəsarəti çoxlarını ruhlandırır
13:15 24.08.2025
Tramp: Ukraynanın cəsarəti çoxlarını ruhlandırır
Sürücülərin “Sədərək”dəki yanğına baxması səbəbindən bu yolda sıxlıq yaranıb
13:03 24.08.2025
Sürücülərin “Sədərək”dəki yanğına baxması səbəbindən bu yolda sıxlıq yaranıb
Rubio: ABŞ Ukraynanın müstəqil dövlət kimi gələcəyinə sadiqdir
12:46 24.08.2025
Rubio: ABŞ Ukraynanın müstəqil dövlət kimi gələcəyinə sadiqdir
Sabah Bakıda 36 dərəcə isti olacaq, bəzi rayonlara leysan yağacaq
12:35 24.08.2025
Sabah Bakıda 36 dərəcə isti olacaq, bəzi rayonlara leysan yağacaq
DİN: “Sədərək” ticarət mərkəzində yanğınla əlaqədar polis əməkdaşları hadisə yerinə cəlb edilib
12:20 24.08.2025
DİN: “Sədərək” ticarət mərkəzində yanğınla əlaqədar polis əməkdaşları hadisə yerinə cəlb edilib
“Sədərək” ticarət mərkəzində yanğın başladı
12:18 24.08.2025
“Sədərək” ticarət mərkəzində yanğın başladı
Türkiyədə şagirdləri daşıyan mikroavtobus qəzaya düşdü - ölən və yaralananlar var
11:57 24.08.2025
Türkiyədə şagirdləri daşıyan mikroavtobus qəzaya düşdü - ölən və yaralananlar var
Həştərxan vilayətinin qubernatoru Mehriban Əliyevanı təbrik edib
11:55 24.08.2025
Həştərxan vilayətinin qubernatoru Mehriban Əliyevanı təbrik edib
Dövlət Agentliyindən xaricdə təhsillə bağlı XƏBƏRDARLIQ
11:39 24.08.2025
Dövlət Agentliyindən xaricdə təhsillə bağlı XƏBƏRDARLIQ