AZXEBER.COM xəbər portalının baş redaktoru, tanınmış jurnalist Hacıbəy Heydərli Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin üzvü seçilib.
AZXEBER.COM xəbər verir ki, o, Jurnalistlərin IX qurultayında iştirak edən 201 nümayəndədən 129-nun səsini qazanaraq İdarə Heyətinə üzv seçilib.
Hacıbəy Heydərli ona göstərilən etimada görə həmkarlarına təşəkkürünü bildirib:
"İlk növbədə, mənə səs verən, etimad göstərən, dəstəyini əsirgəməyən bütün dəyərli həmkarlarıma səmimi qəlbdən təşəkkürümü bildirirəm. Etimadınızı doğrultmaq üçün əlimdən gələni edəcəyəm.
Xüsusi təşəkkürüm isə ilk gündən dəstəyini hiss etdiyim, gənclərə hər zaman diqqət və qayğı ilə yanaşan, onların inkişafına və özlərini təsdiq etməsinə imkan yaradan hörmətli sədrimiz Rəşad Məcidədir. Haqqınızı halal edin.
Eyni zamanda, yeni seçilən İdarə Heyətinin bütün üzvlərini və yeni sədrimiz Vüqar Zifəroğlunu təbrik edirəm.
Mediamız üçün xeyirli, uğurlu olsun”.
Qeyd edək ki, Azərbaycan jurnalistlərinin IX qurultayında Mətbuat Şurası İdarə Heyətinin yeni tərkibi formalaşdırılıb.
Səsvermə yolu ilə formalaşdırılan İdarə Heyətinin tərkibinə 23 nəfər daxildir.
Şahanə Ziyad











































