Hacılar qayıdır

Hacılar qayıdır
Bütün Xəbərlər
14:41 09.11.2011
1273
Azərbaycanlılar da daxil olmaqla iki milyondan artıq zəvvarın Həcc mərasimi başa çatıb. Bu gündən başlayaraq zəvvarlar müqəddəs torpaqları tərk edərək geri qayıdırlar. Zəvvarlarımızın Vətənə bir neçə qrupla qayıdacağı gözlənilir. Məkkədən bu gün avtobusla çıxacaq hacılarımız noyabrın 11-i İraqa daxil olacaqlar. Onlar iki gün Kərbəlanı ziyarət etdikdən sonra İran ərazisi ilə Azərbaycana qayıdacaqlar. Təyyarə ilə Azərbaycana gələnlər isə ayın 11-də Mədinədən Bakıya yola düşəcəklər. Artıq noyabrın 16-da bütün azərbaycanlı zəvvarların Azərbaycanda olacağı planlaşdırılır.
OXŞAR XƏBƏRLƏR