Hacıqabulda ağır qəza: Ölən və yaralananlar var

Hacıqabulda ağır qəza: Ölən və yaralananlar var
SOSİAL
10:21 11.09.2026
65
Hacıqabulda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə Bakı-Qazax magistralının Hacıqabul rayonunun Atbulaq kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, "KamAZ” markalı yük avtomobili ilə "Mercedes Vito” markalı mikroavtobus toqquşub.

Hadisə nəticəsində ölən və yaralananların olduğu bildirilir. Yaralılar xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.
 
///lent.az///
OXŞAR XƏBƏRLƏR