Hacıqabulda bir ailənin 2 üzvü dəm qazından zəhərlənib

Hacıqabulda bir ailənin 2 üzvü dəm qazından zəhərlənib
HADİSƏ
23:22 29.11.2026
56
Hacıqabulda gəlin və qaynana dəm qazından zəhərləniblər.

AZXEBER.COM APA-ya istinadən xəbər verir ki, hadisə Hacıqabul rayonunun Nəvahi kəndində qeydə alınıb.

Belə ki, fərdi yaşayış evində yaşayan gəlin və qaynana Nəvahi kənd sakinləri, 1965-ci il təvəllüdlü Güldənə Məmmədova və 1994-cü il təvəllüdlü Məmmədova Məleykə dəm qazından zəhərlənmə diaqnozu ilə Şirvan xəstəxanasına yerləşdirliblər.

Xəstəxanaya yerləşdirilən hər iki şəxsin vəziyyətinin qənaətbəxş olduğu bildirilir.
OXŞAR XƏBƏRLƏR