Hacıqabuldakı qəzanın ürəkdağlayan TƏFƏRRÜATI

Hacıqabuldakı qəzanın ürəkdağlayan TƏFƏRRÜATI
SOSİAL
10:50 03.08.2026
533
Ötən gün Bakı-Qazax magistral yolunun 108-ci kilometrliyində - Hacıqabulun Pirsaat kəndində baş vermiş ağır yol qəzası ilə bağlı bəzi məqamlar üzə çıxıb.

Qəzaya düşən ailə 3 il əvvəl də faciə ilə üzləşibmiş.

Belə ki, "KamAZ” markalı yük maşınına çırpılan "BYD” markalı minik avtomobilinin sürücüsü Namiq Əmirxanovun qızı, Bakı Musiqi Akademiyasının 4-cü kurs tələbəsi 20 yaşlı Aynur Əmirxanlı 2023-cü ilin noyabrında yaşadığı evdə dəm qazından boğularaq ölübmüş.

Bu dəfə isə Aynurun atası ilə anasının olduğu avtomobil Hacıqabul ərazisində yük avtomobilinə çırpılıb. Nəticədə onun 1979-cu il təvəllüdlü anası Svetlana Ocaqverdi qızı İbadova hadisə yerində həyatını itirib.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

Qeyd edək ki, tələbənin ölümündən sonra ailəsi onun adına kitab evi açıb.
 
///Qafqazinfo

 

 

 


OXŞAR XƏBƏRLƏR