Bu gün Müasir Musavat Partiyasının mərkəzi qərargahında partiyanın sədri Hafiz Haciyevlə əslən Qərbi Azərbaycandan olan bir qrup aktiv ziyalı və iş adamlarının görüşü olub.
AZXEBER.COM-un məlumatına görə, görüşdə ilk öncə ənənəvi olaraq dünyada və ölkədə baş verən hadisələr siyasi nöqteyi-nəzərdən analiz edilib,baş verən bütn hadisələrdə hər iki tərəfin fikirləri dəyərləndirilib.Əsas diqqət son vaxtlar ABU-nun eks rektoru Elşad Abdullayev tərəfindən yayımlanan video göruntülərə verilib. Başverənlərin ürəkaçan olmadığını qeyd edən MMP sədri Hafiz Haciyev bu seçki ilində daha diqqətli olmağı tövsiyyə edib.
Toplantıda 2013-cü il seçkilərinin daha gərgin keçəcəyi qeyd edilib. Hafiz Haciyevin bu seçkilərdə iştirak etməsini tövsiyə edən Qərbi Azərbaycanlılar öz dəstəklərini ona verəcəklərini söz veriblər. Onlar qeyd ediblər ki, tarix boyu həmin regiondan olan insanlar baş verən bütün proseslərdə xüsusi mövqe nümayiş etdirərək,hadisələrdə həmişə aparıcı rol oynayıblar. Zaman –zaman edilən xidmətlər heçə endirilsə də, yenə də tarixi silmək, dəyişmək mümkün olmur. Bu dəfəki seçkidə də aktiv iştirak edəcəklərini qeyd edən Qərbi Azərbaycanlılar Hafiz Haciyevdən namizədliyini verməsini xahiş ediblər.
Neçə vaxtdır partiya daxilində də partiya üzvlərindən, rayon təşkilatlarından, Gənclər və Qadınlar Təşkilatından namizədliyini vermək üçün müxtəlif vaxtlarda təklif və tələblər aldığını qeyd edən Hafiz Hacıyev bütün bu xahişləri nəzərə alacağını,çox yaxın bir zamanda konkret mövqe açıqlayacağını söz verib partiya və ona göstərilən bu etimad üçün toplantı iştirakşılarına öz təşəkkürünü bildirib.
Son illər müəyyən qüvvələr tərəfindən sıxışdırılan narazı elektorat H.Hacıyevin bu fikrini razılıqla qarşılayıb. Əgər verilən sözlər tutularsa MMP-nin planlaşdırdığı bütün məqamlarda Qərbi azərbaycanlılar mümkün imkanlarından istifadə edərək partiyaya köməklik vədi veriblər.