Hafiz Hacıyev 'Yeni Müsavat'ı və 'Azadlıq'ı məhkəməyə verir

Hafiz Hacıyev
Bütün Xəbərlər
16:24 22.11.2012
1104
Müasir Müsavat Partiyasının (MMP) sədri Hafiz Haciyev yaxın günlərdə bəzi mətbu orqanları və onların yazarları ilə bağlı məhkəməyə müraciət etməyə hazırlaşır.
AZXEBER.COM-un məlumatına görə, bu haqda partiyanın mətbuat xidmətindən məlumat daxil olub.
Həmin məlumatda bildirilir: "Neçə aydır ki, sabiq prezident Əbülfəz Elçibəyin zəhərlənməsi ilə bağlı Respublika Prokurorluğuna müraciət edən MMP sədri Hafiz Haciyevə qarşı “Yeni Müsavat” və “Azadlıq” qəzetlərində xüsusi sifarişlə təhqir kompaniyası başladılıb. Partiyanın fəalları bu təhqirlərə cavab vermək üçün partiya rəhbərliyinə xüsusi təkliflə müraciət ediblər. Məsələ İdarə Heyətində müzakirə edilib. Partiya sədri həmin yazıların ortaya çıxma səbəblərini və sifarişçilərini bildiyini deyib və üzvləri sakitləşdirmək məqsədi ilə söz verib ki, məsələ bu cür davam edərsə, məhkəməyə müraciət edəcək. Əgər, bir nəticəsi olmasa, onda, onların təklifləri qəbul ediləcək. Yəni təhqir edən tərəflərə "dədə-baba" üsulu ilə cavab veriləcək.
OXŞAR XƏBƏRLƏR