Hafiz Paşayev ən yaxşı rektor seçildi

Hafiz Paşayev ən yaxşı rektor seçildi
Bütün Xəbərlər
03:33 01.12.2014
2399
"2014-cü ilin rektoru" sosial sorğusunun qalibi artıq məlumdur....
Qafqazın ən böyük facebook təhsil səhifəsi olan "Azərbaycan Universitetləri" səhifəsi Azərbaycan tələbələri arasında keçirdiyi sorğuda ilin ən yaxşı və ən fəal rektorunu müəyyənləşdirdi...
Azərbaycan Universitetləri facebook səhifəsinin rəhbəri Zöhrab Süleymanın AZXEBER.COM-a verdiyi açıqlamaya gğrə,artıq 2-ci ildir ki, keçirilən yarışmanın bu dəfəki qalibi ADA Universitetinin rektoru Hafiz Paşayev qazanbı. Hafiz Paşayev bu nailiyyəti il ərzindəki aktiv fəaliyyətinə görə,digər universitet tələbələri arasındakı nüfuzuna görə (şifahi sorğu) və Azərbaycan Universitetləri səhifəsində də "like" yarışmasındaki qələbəsinə görə qazanıb.
Qeyd edək ki ötən il üçün keçirilmiş yarışmanın qalibi Bakı Dövlət Universitetinin rektoru,akademik Abel Məhərrəmov olmuşdu.
OXŞAR XƏBƏRLƏR