HƏMAS qruplaşmasının Siyasi Bürosunun rəhbəri Xəlil əl-Hayyanın başçılıq etdiyi nümayəndə heyəti Türkiyədə rəsmi səfərdədir.
Bu barədə "Report" "Haber Global"a istinadən xəbər verir.
Məlumata görə, Türkiyənin xarici işlər naziri Hakan Fidan HƏMAS nümayəndə heyətini paytaxt Ankara şəhərində qəbul edib. Görüşün detalları açıqlanmayıb.











































